SON XƏBƏRLƏR

Bünab Azad Universitetinin çoxlu sayda əməkdaşı işdən çıxarılıb

2021.10.20, 07:36
Bünab Azad Universitetinin çoxlu sayda əməkdaşı işdən çıxarılıb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan əyalətinin Bünab rayonun İslami Azad Universiteti azı 13 əməkdaşını işdən çıxarıb.

 

Bundan öncə isə Bünab Dövlət Universiteti öz işçilərinin sayını azaltmışdı.

 

Azad Universitetinin çıxarılmış işçilərinin böyük pedaqoji təcrübəsi olduğu deyilir. Onların yoxluğu universitetə ciddi zərbələr vuracaq.

 

Bünab Dövlət Universiteti isə bir müddət əvvəl heç bir səbəb göstərmədən, 12 təcrübəli əməkdaşını işdən çıxarmışdı.

 

Yüksək inflyasiya həddi və qiymətlərin 100%-dən çox artması fonunda onsuz da maddi vəziyyətləri ağır olan müəllimlərin işsizlik səbəbindən ailə-məişət qayğıları daha da çoxalacaq.

 

Son aylar ərzində İranın müxtəlif bölgələrində yerləşən universitetlərin bir çoxunun oxşar addımı atması səbəbindən işsizlər sırasına onlarla tərcübəli müəllim də əlavə olunub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar