SON XƏBƏRLƏR

Buş inadından əl çəkdi

2021.10.20, 07:36
Buş inadından əl çəkdi

Gunaz.tv
Buş inadından əl çəkdi ABŞ prezidenti Corc Buş İraqdakı amerikalı qoşunlarının çıxarılmasının konkret zaman intervalını müəyyənləşdirməyə razılaşıb. O, İraqın baş naziri Nuri əl-Maliki ilə keçirdiyi danışıqlar zamanı Birləşmiş Ştatların ölkədəki hərbi kontingentinin çıxarılmasının ilkin müddəti barədə razılığa gəlib. Bu anlaşmanın ABŞ və İraq arasında iyul ayının sonunadək imzalanması nəzərdə tutulan təhlükəsizlik müqaviləsinə daxil ediləcəyi gözlənilir. Ağ Ev İraqdakı qoşunların çıxarılması ilə bağlı indiyədək çox sərt mövqe tutur, Buş isə Konqresdə ABŞ-ın hərbi kontingentinin geri qaytarılmasının müddətini nizamlayan bütün qanun layihələrinə veto qoyurdu. Prezident administrasiyası İraqda yaraqlıların müqaviməti tam sındırılana qədər məsələni müzakirə etməkdən boyun qaçırırdı. Buşun bu qərarı onun partiya yoldaşı, prezidentliyə namizəd Con Makkeynin mövqeləri ilə tam ziddiyyət təşkil edir. Respublikaçı senator amerikalı qoşunların bundan sonra da İraqda qalmasını istəyir. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə Buşun qərarını sərt tənqid edib: "Konqresin qoşunların çıxarılması ilə bağlı dəqiq qrafikini müəyyənləşdirmək üçün çoxsaylı cəhdlərini rədd edib hansısa dumanlı "zaman intervalı"ndan bəhs etmək yetərli deyil". Demokrat Partiyasından prezidentliyə namizəd Barak Obama isə bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə andiçmə mərasimindən sonrakı 16 ay ərzində İraqdakı qoşunları çıxaracaq. Dünən amerikalı konqresmen və senatorlardan ibarət nümayəndə heyətinin tərkibində Bağdada yollanan Obama Nuri əl-Maliki görüşündə bir daha bildirib ki, qoşunların çıxarılmasına tərəfdardır. Bəsrədə amerikalı hərbçilərə baş çəkəndən sonra Obama Bağdadda İraq prezidenti Cəlal Təlabani ilə də görüşüb. Xatırladaq ki, ABŞ-ın hazırda İraqda 130 min hərbçisi var. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar