Bütün manelərə baxmayaraq türk adlarının sayı artır – Güney Azərbaycanda

09.01.2020, 17:44

GünAz TV: Güney Azərbaycanda bütün manelərə baxmayaraq övladlarına türk adları verən ailələrin sayı getdikcə artır.

 

Bu barədə Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin rəisi Əhəd Codi yanvarın 9-da “İrna” xəbər agentliyinə danışıb.

 

“Valdeynlər övladlarına türk adı verə bilər. Bu barədə heç bir məhdudiyyət yoxdur. Qeydiyyat İdarəsi bu istiqamətdə ailələrlə lazımi səviyyədə əməkdaşlıq edir.”- deyə o bildirib.

 

Əhəd Codi bununla yanaşı Qeydiyyat İdarəsinin türk adlarını qeydə almaqda maneçilik yaratdığını da etiraf edib. O bildirib ki, bəzi adların qeydə alınmasında müəyyən çətinliklər ola bilər. Bu barədə yekun qərar vermək üçün mərkəzə müraciət olunur. Lakin xüsusi problem yoxdur. Valdeynlər təyin edilmiş prosedura riayət edərək övladlarına şəxsiyyət vəsiqəsi ala bilər.

 

Qeydiyyat İdarəsi rəisinin sözlərinə görə, Şərqi Azərbaycanda son 9 ayda qız uşaqlarına ən çox Zəhra, Fatimə, Yəsna, Nazənin Zəhra, Helma, Zeynəb, Rəha, Əsra, Aylın, Nəfəs, Selin, Helya, Aysu, Elay, Aysel, Rüqəyyə, Sevin, Aynaz və Reyhanə adları verilib. Oğlan adlarının arasında isə ən çox Əmirəli, Əbülfəzl, Əli və Ayhan adlarına rast gəlinir.

 

Əhəd Codinin sözlərinə görə, bu müddətdə qeydə alınan adlar arasında Araz adı da çox olub.

 

İranda Qeydiyyat İdarələri uşaqlara türk adlarının verilməsinə müxtəlif bəhanələrlə maneçilik yaradır. Lakin dirəniş göstərən ailələr sonda övladlarına vəsiqə ala bilir. Belə hallara Güney Azərbaycanın bütün şəhərlərində rast gəlinir.

 

Bu gün “Əncümən Azərbaycan” Teleqram Kanalının izləyicilərindən biri Qeydiyyat İdarəsinin rəisinin açıqlamasına münasibət bildirib. “Deyirsiniz ki, Qeydiyyat İdarəsi türk adlarını qeydə almaqda ailələrə yardım göstərir. Çox gülüncdür! İnsanda sizin peşə vəzifənizə şübhə yaranır. Mən Qərbi Azərbaycan Əyalətinin Qoşaçay şəhərindədəm. İki il əvvəl minbir müsibətlə qızıma “Sevilay” adı ilə şəxsiyyət vəsiqəsi ala bildim.”- deyə soydaşımız qeyd edib.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25