SON XƏBƏRLƏR

Bütün təhdid və təzyiqlərə baxmayaraq minlərlə azərbaycanlı babək qalası yürüşündə… - VİDEO

2021.10.20, 07:36
Bütün təhdid və təzyiqlərə baxmayaraq minlərlə azərbaycanlı babək qalası yürüşündə… - VİDEO

Gunaz.tv

GünAz TV: Öncədən elan olunduğu kimi, iyulun 5-i və 6-da ənənəvi Babək qalası mərasiminin keçirilməsinə qərar verilmişdir.

 

İran rejimi azərbaycanlıların yürüşü baş tutmasın deyə müxtəlif önləyici tədbirlərə əl atdı. Bununla əlaqədar müxtəlif şəhərlərdə təxminən 50 azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı, bir çox fəala qalaya getməsin deyə ciddi xəbərdarlıq edildi. Xəbərdarlıq edilən fəallar hələ də təhlükəsizlik orqanları tərəfindən təqib olunur.

 

Bundan əlavə Güney Azərbaycan şəhərlərinin giriş və çıxışında yoxlama mərkəzləri yaradıldı, şəhəri daxil olub və ya çıxmaq istəyən insalar, xüsusi ilə də azərbaycanlı fəallar kontrol edildi.

 

Babək qalasının yerləşdiyi Kəleybər məntəqəsində isə təhlükəsizlik tədbirləri gücləndirildi, hazırda əraziyə çox sayda polis və digər təhlükəsizlik orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

 

Bütün bunlara baxmayaraq minlərlə soydaşımız özünü Babək qalası mərasiminə çatdırmağı bacardı, onlar cümə günü  tarixi məkanın yerləşdiyi yüksəkliyi fəth edərək Babək qalasında olacaqlar.

 

Urmiyə, Təbriz, Zəncan, Ərdəbil, Astara, Makı, Salmas, Qoşaçay, “Sayın qala”, Tikantəpə, Sulduz, Əhər, Mərənd, Xoy, Meşginşəhr (Xiyav), Xalxal, Marağa, Sarab, Kərəc, Qəzvin, Qum və s. kimi şəhərlərdən qalaya gələn soydaşlarımız ərazidə böyük izdihama şahid olublar.

 

Mərasim iştirakçıları iyulun 5-də Babək qalası ətrafında gecə yarısına qədər Azərbaycan musiqisi ifa edib, rəqs nümayiş etdirib və müxtəlif proqramlar icra ediblər.

 

https://www.youtube.com/watch?time_continue=6&v=lNOWMID9oN8

 

 

https://www.youtube.com/watch?time_continue=3&v=TEAbTQSQttM

 

 

Soydaşlarımız cümə axşamı günü “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan milləti – Çəkməz belə zilləti”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarlar səsləndiriblər.

 

Babək qalası ətrafı və Kəleybər şəhərində hazırda çox sayda polis və Ettelaat İdarəsinin əməkdaşları var, lakin mərasim nəzərdə tutulduğu kimi keçirilir.

 

https://www.youtube.com/watch?time_continue=17&v=9o-tmrVuTqQ

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar