SON XƏBƏRLƏR

Bütün təzyiqlərə baxmayaraq Babək qalası mərasimi baş tutdu: Minlərlə soydaşımız Qalada... – VİDEO

2021.10.20, 07:36
Bütün təzyiqlərə baxmayaraq Babək qalası mərasimi baş tutdu: Minlərlə soydaşımız Qalada... – VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycanlılar İran rejiminin yaratdığı bütün manelərə qalib gələrək Babək qalası yürüşünü keçirdilər.

 

Məlumata görə, Azərbaycanın tarixi milli qəhrəmani Babək Xürrəmdinin doğum günü kimi qəbul olunan gündə (iyulun 6-ı) minlərlə soydaşımız milli şüarlar səsləndirərək Babək qalasına (Bəzz qalası) yürüş ediblər.

 

Soydaşlarımız iyulun 5-dən özlərini qalaya çatdırıb, dağın ətəklərində gecələdikdən sonra cümə günü Babək qalasına çıxıblar. Bu, ötən illərdə də belə olub.

 

Qalaya çıxan yollara və qalanın ətrafına çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Onlar müxtəlif yollarla qalaya tərəf edilən yürüşün qarşısını almağa çalışıblar, lakin bu mümkün olmayıb.

 

Soydaşlarımız qalaya çıxarkən “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan milləti – Çəkməz belə zilləti”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun”  və s. kimi şüarlar səsləndiriblər.

 

https://www.youtube.com/watch?v=CVdliWj5l50

 

Təhlükəsizlik qüvvələri qalaya çıxanların orada toplaşmasına mane olub, onlardan bir neçə dəqiqə sonra aşağı enməyi tələb ediblər.

 

Babək qalası ilə əlaqədar çox sayda azərbaycanlı fəal saxlanılıb, onlardan 63-nün kimliyi müəyyənləşib.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar