SON XƏBƏRLƏR

Buz dövrü.Avropa Birliyi İran Milli Bankının hesablarını dondurdu

2021.10.20, 07:36
Buz dövrü.Avropa Birliyi İran Milli Bankının hesablarını dondurdu

Gunaz.tv
Buz dövrü Avropa Birliyi İran Milli Bankının hesablarını dondurdu dunya.jpg Avropa Birliyi Lüksemburq toplantısında İranın ən iri bankı olan "Bank Melli"nin (İran Milli Bankının) bütün hesablarını dondurub. "BBC"nin yaydığı məlumata görə, bu addım Tehranın uranın zənginləşdirilməsi prosesini dayandırmaq istəməməsi səbəbindən atılıb. Milli Bankın Avropadakı bütün maliyyə vəsaitlərinin dondurulacağı bildirilib. Razılaşmaya görə, bankın London, Paris və Hamburqda fəaliyyət göstərən şöbələrinin fəaliyyətinə qadağa qoyulacaq. İranın 20 vətəndaşının, həmçinin 15 təşkilatın Avropa Birliyindən viza alması yasaq edilib. Avropa Birliyi rəsmiləri qadağalar siyahısına düşən İran vətəndaşlarının adlarını çəkməsə də, onların İranın nüvə fəaliyyətlərinə bağlı hökumət rəsmiləri olduğunu təsdiqləyiblər. İyunun 14-də Tehrana səfər etmiş Avropa Birliyinin xarici siyasət məsələri üzrə komissarı Havyer Solana uranı zənginləşdirməyi dayandırması müqabilində İrana çoxlu imtiyazları nəzərdə tutan yeni təkliflər paketi təqdim etsə də, rəsmi Tehran bununla razılaşmayıb. Xatırladaq ki, ABŞ "Bank Melli"ni hələ 2007-ci ildə "qara siyahı"ya salıb. Bu isə o deməkdir ki, bankın ölkə ərazisində aşkar edilən istənilən aktivi dondurulacaq. BMT Təhlükəsizlik Şurası hələ 2008-ci ilin martında İranla bağlı növbəti qətnamə qəbul edib. Bu qətnamə iqtisadi sanksiyaların sərtləşdirilməsini nəzərdə tutub. Söhbət ilk növbədə bəzi İran şirkətlərinin və banklarının hesablarının dondurulmasından gedirdi. Lakin o zaman sanksiyalar tətbiq edilməmişdi. Beynəlxalq Atom Eneryisi Agentliyinin rəhbəri Məhəmməd El-Baradeyi isə xəbərdarlıq edib ki, İrana qarşı mümkün hərbi əməliyyatlar və sanksiyaların sərtləşdirilməsi bütün Yaxın Şərq regionunda böhrana səbəb ola bilər. Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı Beynəlxalq Atom Eneryisi Agentliyinin bu bölgədə işini mümükünsüz edər. Məhəmməd əl-Baradeyinin bu cür bəyanatına səbəb "Nyu-York Times" qəzetində dərc olunmuş xəbər olub. Həmin xəbərdə deyilir ki, İsrail aviasiyası İranın nüvə obyektlərinə zərbə endirilməsini imitasiya edən məşqlər keçirib. Amerika mənbələrinə əsasən, İyun ayının əvvəlində Aralıq dənizin Yunanıstana yaxın hissəsində keçmiş təlimlərdə, 100-dən artıq hərbi təyyarə iştirak edib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmmədəli Hüseyni yurnalistlərə açıqlamasında Avropa Birliyinin İrana qarşı yeni sanksiyalarını qanunsuz adlandıraraq ölkənin heç bir şəraitdə uranı zənginləşdirməyi dayandırmayacağını deyib: "Nüvə texnologiyası sahəsində uğurlar qazanan İranı öz qanuni hüququndan əl çəkməyə məcbur etmək cəhdlərinin heç bir effekti yoxdur. Bu kimi qanunsuz hərəkətlər məsələnin diplomatik yollarla həllinə yardım etmir". kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar