SON XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan: "Ötən il Türkiyənin ixrac gəliri rekord həddə çatıb"

2022.01.03, 14:48
Rəcəb Tayyib Ərdoğan: "Ötən il Türkiyənin ixrac gəliri rekord həddə çatıb"

Gunaz.tv

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı investisiya qoyuluşu, məşğulluğun təmin edilməsi, istehsal və ixrac hesabına böyüməkdə, inkişaf etməkdədir. 

R.T.Ərdoğan 20 il bundan əvvəl hakimiyyətə gəldiklərində ölkənin icracının dəyərinin 36 milyard dollar təşkil etdiyini və bu rəqəmi 6 dəfə artıraraq tarixi rekorda imza atdıqlarını, o cümlədən 75 adda məhsul ixrac etməklə Cumhuriyyət tarixində ən yüksək rəqəmlərə nail olduqlarını, hazırda Türkiyənin ən çox mal ixrac etdiyi ölkənin ABŞ olduğunu qeyd edib. 

Onun sözlərinə görə, bu illərdə Cənubi Amerika ölkələrinə ixrac 86,6%, Avropa İttifaqına üzv olmayan qitə ölkələrinə ixrac 29%, Yaxın və Orta Şərq ölkələrinə ixrac 22,6%, Şimali Afrika ölkələrinə isə ixrac 44,8% artıb. 

Dövlət başçısı 2022-ci ildə ixrac gəlirini 250 milyard dolara çatdırmağı, həmçinin 5 faizlik iqtisadi artım hədəflədiklərini deyib, ötən il xarici ticarət dövriyyəsin mühüm qisminin lirə ilə gerçəkləşdiyini diqqətə çatdırıb: “Milli valyuta ilə xarici ticarət dövriyyəsinin dəyəri 183 milyard lirəyə çatıb”. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar