Cahangiri: “İran Yaxın Şərqin ən azad ölkəsidir”

06.02.2019, 15:29

GünAz TV: İranın vitse-prezidenti İshaq Cahangiri ölkəsinin Yaxın Şərqdə “ən azad” ölkə olduğunu deyib.

 

O, həmçinin İranda kasıb və varlı təbəqə arasında nisbətin “kəskin olaraq aşağı düşdüyü”nü bildirib.

 

Cahangirin dediklərinin əksinə olaraq, İranda siyasi və mədəni fəalların tutulduğu barədə xəbərlər ard- arda yayılmaqdadır. Bundan əlavə, insanların şəxsi həyatlarına müdaxilə, internetdən və sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması, bir çox konsert və filmlərin nümayişinə qoyulan qadağa, senzura və digər bu kimi amillər İran hakimiyyətinin həyata keçirdiyi əsas siyasətlərdəndir. 

 

Cahangiri elədə də İranda kasıb təbəqə ilə varlılar arasında fərqin “kəskin olaraq azaldığı”nı iddia edib: “Bəzi xarici KİV-lər İran xalqının vəziyyətinin keçmişə nisbən pisləşdiyini israrla vurğulayırlar, lakin mən, mötəbər indekslərə əsaslanaraq, deyə bilərəm ki, ölkədə kasıb ilə varlı arasındakı fərq kəskin olaraq aşağı düşüb”- deyə İranın vitse- prezidenti əlavə edib.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı yenidən nüvə sanksiyalarını tətbiq etməsi nəticəsində İranın iqtisadi vəziyyəti kəskin olaraq pisləşib. Sanksiyalardan qısa müddət sonra ölkə valyutasının kəskin ucuzlaşması xaricdən alınan məhsulların dəfələrlə bahalaşmasına səbəb olub. Eləcə də, 2018-ci ilin noyabr ayının sonlarında İranın neft və qaz ixracına qarşı qoyulan embarqodan sonra ölkə gəlirləri kifayət qədər azalıb. Son aylar ərzində isə İranın bir çox bölgələrində işsizlik, iş yerlərinin bağlanması, əmək haqlarının gecikdirilməsi və digər bu kimi sosial problemlər səbəbindən etiraz aksiyaları keçirilib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanda doğum sayı kəskin azalıb

2022-06-30

gun az article

"Azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır"- Əhməd Obalı

2022-06-30

gun az article

Təbrizli atlet dünya çempionatına lisenziya qazanıb

2022-06-30

gun az article

Təbrizin qida sənayesi fabrikində güclü yanğın olub

2022-06-30

gun az article

"Görüş”də müzakirə: “Nüvə anlaşması Bərcam çıxılmaz vəziyyətdə” və “Terrorçu SEPAH-da nələr baş verir”-VİDEO

2022-06-30

gun az article

Quzey Azərbaycandan güneyli siyasi məhbuslara dəstək-FOTOLAR

2022-06-30

gun az article

Güneyli siyasi məhbus Rza Şəhabinin həyatı təhlükədədir

2022-06-30

gun az article

"Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"-Kəleybər prokuroru

2022-06-29

gun az article

Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

2022-06-29

gun az article

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

2022-06-29

gun az article

"Qonşu ölkələr bizim tərəfdən dostluq mövqeyi hiss etmirlər"- Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab

2022-06-29

gun az article

Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

2022-06-29

gun az article

Ərdəbildə Krım-Konqo qızdırması yayılıb

2022-06-29

gun az article

Sulduzda Babək qalasına yürüşlə bağlı afişalar yayılıb-FOTO

2022-06-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Çaldıran savaşından öncə Səfəvi və Osmanlı ilişkiləri”-VİDEO

2022-06-29

gun az article

Təbrizdə su çatışmazlığı böhran həddinə çata bilər

2022-06-29

gun az article

Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

2022-06-29

gun az article

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

2022-06-29

gun az article

Kəleybərdə milli fəal həbs edilib

2022-06-29

gun az article

Qərbi Azərbaycanda 2 tondan çox narkotik maddə müsadirə edilib

2022-06-28