Cahit Bağçı: "Türkiyə ilə Azərbaycan arasındakı dostluq sarsılmaz dərəcədə güclüdür"

2021-05-19 10:06

​​​​​​​"Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir və spesifik xüsusiyyətə malikdir".

Gunaz.tv Quote | Gunaz article

Bunu Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq üzərində qurulub: "Bu baxımdan münasibətlərimizi qarşılıqlı mənfəət götürmək üçün qurulan əlaqələr kontekstində qiymətləndirmək mümkün deyil. Qardaşların bir-biri ilə münasibətləri yaxşı və pis günlərdə eyni olur və dəyişmir. Pis günlərdə daha çox şeyə ehtiyac var və o zaman həqiqət ortaya çıxır. 

Bu baxımdan Türkiyə ilə Azərbaycan arasındakı dostluq sağlam, möhkəm və sarsılmaz dərəcədə güclüdür. İki ölkənin yaxın tarixi buna şahiddir. Anadolunun düşmən hücumlarından qorunmasından indiyədək hər cəbhədə olduğu kimi Çanaqqalada da şəhid olan azərbaycanlı qardaşlarımız var. Eynilə, Anadolunun igid oğulları Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik istilasına qarşı döyüşmək üçün gəldilər və Quba, Gəncə və Bakıda şəhid oldular, ancaq ata-baba yurdlarını düşmənə təslim etmədilər. Münasibətimizin xəmiri Anadolu və Qafqazda axan qardaşlarımızın qanı ilə yenidən yoğrulubdur. Buna görə də güclü və möhkəmdir".

C.Bağçının sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər hər sahədə inkişaf edib və sürətlə inkişaf edir: "İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş onlarla ikitərəfli müqavilələr imzalanıb. Əlaqələrimiz hərbi sahədən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər yüksək səviyyədə irəliləyir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlər iki dövlət başçısı arasındakı münasibətlər deyil. Bu dostluq münasibətidir. Onların möhkəm siyasi iradəsi və yaxın dostluğu münasibətlərimizə böyük bir təkan verir". (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04

gun az article

Ned Prays: “Amerika Vyanada İranla apardığı dolayısı danışıqların 7-ci mərhələsini başlamağa hazırdır”

2021-08-04

gun az article

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb-VİDEO

2021-08-04

gun az article

Səudiyyə rəsmisi: “İran regionda öz mənfi hərəkətləri ilə daha da cəsarətlənib”

2021-08-04

gun az article

“Rus ordusu Qarabağda daimi qalmalıdır” – Araik Arutunyan

2021-08-04

gun az article

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb

2021-08-04