Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22 13:43

Qərbi Azərbaycanın Çaldıran bölgəsində yol nəqliyyat qəzası baş verib.

Gunaz.tv Quote | Gunaz article

"Pejo" markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində üç sərnişindən ikisi yerindəcə həyatını itirib.

Çaldıranın polis idarəsinin başçısı polkovnik Məhəmməd Gülvani İran televiziyasına verdiyi açıqlamada hadisənin avtomobili yüksək sürətlə idarə edən sürücünün səhlənkarlığı baş verdiyini deyib. 

O, yaralanan üçüncü şəxsin ağır bədən xəsarətləri ilə Çaldran şəhərinin “Şəhid Beheşti” xəsrəxanasına çatdırıldığını bildirib.

Qərbi Azərbaycan əyalətinin Məhkəmə Tibb Ekspertizasının Baş direktoru Rəsul Roşəni bir neçə gün öncə “İlna” xəbər agentliyinə verdiyi açıqlamada əyalətin şəhərdaxili və şəhərlərarası yol qəzalarında yaralananların sayının ötən ilin oxşar dövrü ilə müqayisədə 20% çoxaldığını deyib.

O, cari günəş ilinin əvvəlindən bu günə kimi Məhkəmə Tibb Ekspertizada yol qəzalarında yaralanma ilə bağlı qeydə alınan rəsmi statistikanın 1889 nəfər, ötən ilin oxşar dövründə isə bu rəqəmin 1450 nəfər olduğunu bildirib.

Güney Azərbaycan yollarında hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Rəsmi məlumatlara görə Qərbi Azərbaycanda il ərzində yol qəzalarında ortalama 500 nəfər həyatını itirir.

C.E  

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
Qərbi Azərbaycanın bərbad yolları ölüm kabusuna çevrilib

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16