Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05 12:20

Güney Azərbaycanın Çaroymaq mahalında mövcud olan məktəblərin 30 faizdən çoxu müvəqqəti istifadə üçün nəzərdə tutulan qeyri-standart kaneks (konteyner) məktəblərdən ibarətdir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Çaroymaq mahalının təhsil idarəsinin baş direktoru Ümran Əsədnejad məlumat verib. O, bölgədə 182 məktəbin 65-nin kaneks olduğunu deyib.

Ümran Əsədnejad “MEHR” informasiya agentliyinə verdiyi açıqlamada bunun səbəblərindən danışıb. Qeyd edib ki, əsas səbəb köhnə məktəb binalarının dağılması və dövlətin bölgədə yeni məktəblərin tikintisinə vəsait ayırmamasıdır.

Bölgədə orta hesabla 7 min məktəblinin ibtidai və orta məktəblərdə təhsil aldığını bildirən direktor deyib ki, Çaroymaq kəndlərinin 90 faizində internet, televizya kanalları və mobail xətlərinə çıxış üçün otürücü istansiyalar yoxdur. 

Bu isə tədris prosesinə ciddi problemlər yaradır.

Şərqi Azərbaycan əyalətinin Məktəbləri Yenidənqurma Təşkilatının baş direktoru Məhəmmədrza Şadro da məlumatı təsdiq edib. O, Çaroymaqda ümumilikdə 182 məktəbdən 66-nın kaneks olduğunu deyib. Bildirib ki, 7 kaneks məktəb yerli xeyriyyəçilər tərəfindən qurulub.

Ağ Ziyarat kəndinin orta məktəbinin müəllimi Cəfər Mahmudi məktəblərin yay və qış aylarında kanekslərdə təhsil almalarının daha çətin olduğunu bidlirib. Cəfər Mahmudi deyib ki, məktəblilərin əksəriyyətinin mobil telefonu da yoxdur.

Qeyd edək ki, Çaroymaq mahalında irili-xırdalı 248 kənd və yaşayış məntəqəsi mövcuddur. Bu yaşayış yerlərinin əksəriyyəti normal şəhər və kənd infrastrukturundan, internet və televiziya yayım xəttlərinə çıxış imkanlarından məhrumdur.

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağına işarə ediblər.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15