SON XƏBƏRLƏR

Çavesdən yeni təklif_Venesuela prezidenti rus rublunu dünya valyutası etmək istəyir

2021.10.20, 07:36
Çavesdən yeni təklif_Venesuela prezidenti rus rublunu dünya valyutası etmək istəyir

Gunaz.tv
Çavesdən yeni təklif Venesuela prezidenti rus rublunu dünya valyutası etmək istəyir Rusiya prezidenti Dmitri Medvedyev dünən Moskvada Venesuela prezidenti Uqo Çaveslə apardığı danışıqlardan sonra bildirib ki, hər iki ölkə bundan sonra dünya energetika bazarında fəaliyyətlərini razılaşdıracaqlar. "Rusiya və Venesuela iki nəhəng neft-qaz dövlətidir və enerji təhlükəsizliyinin təmin edilməsi bizim razılaşdırılmış fəaliyyətimizdən asılıdır",-deyə Medvedyev qeyd edib. Çaves isə daha irəli gedərək rus rublunu dünya valyutasına çevirməyi təklif edib. Dolların dünya valyutası kimi hökmranlığına qarşı olan Venesuela prezidenti Rusiya tərəfinin neft ticarətində dollardan imtina etmək barədə təşəbbüsünü xatırladıb. Belə təklif Xəzəryanı ölkələrin sonuncu Tehran sammitində səslənib. Çavesin Moskva səfəri zamanı əldə edilən razılaşmaya əsasən, TNK-BP Rusiya-Britaniya şirkəti, habelə "Qazprom" və "Lukoyl" Venesuelada neft yataqlarının kəşfiyyatı ilə məşğul olacaq (İTAR-TASS). Dünən Çaves RF baş naziri Vladimir Putinlə də görüşüb. Görüş zamanı Çaves Putinin Venesuelaya səfəri vaxtını təyin etməsində israr edib və eks-prezidentin hazırda vaxtının az və ya çox olması ilə maraqlanıb. Putin Çavesi əmin edib ki, Venesuelaya səfəri üçün vaxt tapacaq. Putinlə görüşü zamanı Çaves maraqlı əhvalat danışıb. Onun sözlərinə görə, Medvedyevlə görüşərkən onu tanımayıbmış. Medvedyevlə görüşünün planlaşdırılandan uzun çəkməsinə gəlincə isə Çaves deyib:"Bu mənim günahım deyil, Medvedyev məndən daha çox danışır". Xaqani express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar