Cavid Rəhman İran hökumətinin etirazçılara qarşı zorakılığı barədə hesabat hazırlayıb

2020-09-04 14:08

Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi həmməruzəçisi (qozareşgər) Cavid Rəhman Baş Assambleyaya yeni hesabat təqdim edib.

Gunaz.tv Quote | Gunaz article

O, hesabatda İranın təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davranışını misli görünməmiş və dəhşətli adlandıraraq, həbs edilənlərin sonradan ağır işgəncələrə məruz qaldığını bildirib. 


Sənəddə Beynəlxalq Əfv Təşkilatının İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilən etirazlar zamanı öldürülənlərin sayı ilə bağlı yaydığı statistikaya istinadən 130 nəfər olmaqla, ən çox etirazçının Tehran əyalətində qətlə yetirildiyi deyilir. 


Bundan əlavə, qeyd edilir ki, İranın təhlükəsizlik qüvvələri öldürmək məqsədi ilə etirazçıların həyatına heç bir əhəmiyyət vermədən onları atəşə tutub. Hadisələr zamanı 113 etirazçı baş, ürək, sinə və boyun nahiyələrindən aldığı güllə yaralarından ölüb. 


Cavid Rəhmən hesabatda qətlə yetirilmiş etirazçıların real sayının göstəriləndən dəfələrlə çox olduğunu vurğulayaraq, İran hökumətinin bu sahədə rəsmi olaraq rəqəmləri açıqlamamasını kəskin tənqid edib. 


BMT-nin həmməruzəçisi sonda İran rejiminin noyabr etirazları, eləcə də "Sepah" terror təşkilatının Ukrayna təyyarəsini vurmasına görə təşkil edilən aksiyalarda tutulanları ədalətsiz məhkəmə proseslərində mühakimə etdiyini qeyd edib. 


"Amnesty İnternational" 2019-cu ilin dekabr ayının ortalarında yaydığı statistikada sözügedən etirazlar zamanı azı 304 insanın qətlə yetirildiyini bəyan etmişdi. Lakin "Reuters" agentliyi dekabrın sonlarında İranın adını açıqlamadığı 3 rəsmisinə istinadən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin azı 1500 nəfəri qətlə yetirdiyini bəyan etmişdi. Rəsmi Tehran indiyədək etirazlar zamanı öldürülmüş, yaralanmış və tutulmuş insanların sayı ilə bağlı rəqəmləri açıqlamayıb. 


Yalnız cari ilin iyun ayının 1-də İran Milli Məclisinin deputatı Müctabə Zonnur həmin etirazlar zamanı 52 təhlükəsizlik orqanları əməkdaşları olmaqla, yalnız 230 nəfəri öldüyünü iddia edib. 


Ə.A
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28

gun az article

Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

2021-07-28

gun az article

Polad Bülbüloğlu: "Bakı İrəvanı sülh sazişinə dəvət edir"

2021-07-28

gun az article

Tehran İbrahim Rəisinin andiçmə mərasiminə hazırlaşır: Hava limanları fəaliyyətini dayandıracaq

2021-07-28

gun az article

SEPAH-dan müdhiş kiber hücum planı- Nüfuzlu telekanaldan xəbərdarlıq

2021-07-28

gun az article

Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir

2021-07-28

gun az article

Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin adları açıqlandı

2021-07-28

gun az article

Tehranda yeni qəbiristanlıqların salınmasına dair qanun layihəsi təsdiqlənib

2021-07-28

gun az article

İsfahan da su üsyanına qalxdı: Baharistanda Xamneyinin banneri yandırıldı - VİDEO

2021-07-28