SON XƏBƏRLƏR

Cavid Rəhman: “İranda yeniyetmələrin edamının geniş vüsət alması beynəlxalq ictimaiyyətin ciddi nigaranlığına səbəb olub”

2021.10.20, 07:36
Cavid Rəhman: “İranda yeniyetmələrin edamının geniş vüsət alması beynəlxalq ictimaiyyətin ciddi nigaranlığına səbəb olub”

Gunaz.tv

GünAzTV: BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman, oktyabrın 24-də jurnalistlərə açıqlamasında İranda yeniyetmə müttəhimlərin edamının geniş vüsət almasından, qadın hüquq müdafiəçiləri ilə ətraf mühit fəallarına qarşı təzyiqlərin artmasından danışıb.

 

O bildirib ki, son aylar İranda hakimiyyətə qarşı baş verən kütləvi dinc etirazların ardınca, ölkədə insan hüquqlarının kobud şəkildə pozulması halları daha geniş vüsət alıb: “Son aylar İranın əksər şəhərlərində baş verən etirazlardan sonra ölkədə həyata keçirilən kütləvi həbslər, o cümlədən də ətraf mühit fəallarının həbs olunaraq təzyiqə məruz qalması və məcburi hicaba qarşı mübarizə aparan qadınlara qarşı repressiyalar bizi ciddi narahat edir. Təəssüflər olsun ki, bu kimi həbslər, bəzi hallarda saxlanılan fəalların ölümü ilə nəticələnib.

 

Bundan başqa, yaşı 18-ə çatmamış yeniyetmə müttəhimlərin edam olunması bizi və beynəlxalq ictimaiyyəti nigaran edən digər mühüm hallardandır. Bizdə olan məlumatlara görə, cari ildə İranda müxtəlif ittihamlara görə ölümə məhkum edilmiş ən azı 5 yeniyetmə edam edilib. Onlardan biri isə bir neçə həftə əvvəl edam edilən yeniyetmə müttəhim Zeynəb Sekavənddir.

 

Həmçinin, hazırda İranın müxtəlif zindanlarında saxlanılan və edam sırasında olan bir çox yeniyetmə, o cümlədən də müttəhimlər Məhəmməd Kəlhori, Mehdi Xəzaiyan, Məhəmməd Həddadi, Puriya Təbai və Saleh Şəriəti barələrində çıxarılmış ölüm hökmünün icrasını gözləyirlər. Bu isə insan hüquqlarına qarşı zidd addımdır”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar