CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15 20:35

Con Baçlor - Bu CBS-də “Eye On The World” verilişidir. Mən Con Baçloram və həmkarım cənab Əhməd Obalı ilə danışmaq istəyirəm. Hörmətli Obali, gündəlik olaraq Çikaqodan İran xalqı ilə birbaşa danışan bir media adamıdır.

Gunaz.tv Quote | Gunaz article

Əhməd Obalı İran rejimi və İranın Farsların hakim olduğu mərkəzindən artan narazılığına səbəb olan İranın bir hissəsindən danışır.

O, ölkənin Tehran hökuməti və İranın mərkəzindəki hakim farslardan narazı olan bir hissəsindən danışır.

Əhməd Obalı mənə İranda mərkəzi hökumətdən narazı olan və bu narazılıqlarını hər zaman bəyan edən etniklərin olduğunu anladır. İranda şəffaf hakimiyyət olmadığı üçün bu narazılığı duymaq çətindir. Ancaq Əhməd Obalı onların, yəni azərbaycanlıların narazılıqları hər zaman eşidir.

-Xoş gördük, Əhməd Obalı! Müsahibəyə görə təşəkkür edirəm.
Xəritəyə baxanda azərilərin İranın şimal qərbində, bir zamanlar fars imperiyasının tərkibində olan Urmiya gölünün ətrafında sıx yaşadıqlarını görürük.

-Xoş gördük, Con. Müdahibəyə görə təşəkkür edir və CBS-ə keçməyinizə görə, sizi təbrik deyirəm. Amerikada azəri adlanan xalq İranda özlərini Azərbaycan türkü və ya türk adlandırırlar. Onlar daha çox ölkənin şimal qərb bölgəsində sıx yaşayırlar. Ancaq bununla belə İranın başqa bölgələrində, o cümlədən Tehrada da yaşamaqdadırlar.

Tehran İstanbuldan sonra dünyada ən çox türkün yaşadığı ikinci şəhərdir. Biz Tehranda 5 milyon türkün yaşadığını düşünürük.
  
Con Baçlor:
- Bu əhəmiyyətli cəmiyyətdir. Mən Azərbaycan və Ermənistan arasında baş verən və hazırda atəşkəs olan toqquşmada azərilərə görə bir məsələni öyrəndim. Mənə bir nəfərin göndərdiyi videoda-ola bilsin sizin televizyanın videosu idi- iranlıların Azərbaycan sərhəddində olan şəhərə axışmaları görünürdü. Onlar 1990-cı ildən Ermənistan işğalında olan bölgəyə axışaraq Azərbaycan əsgərlərini ruhlandırır, onları alqışlayırdılar. 
Məsələ nədən ibarət idi? Sonra mən professor Brenda Şafferdən onların azəri və ya Azərbaycan türkü olduqlarını öyrəndim. Onlar İran rejimindən ayrıdırlar? Onların müstəqil xarici siyasətləri var yoxsa bu bir könüllü təbii hərəkət idi. Bu dəyişiklikləri necə dəyərləndirmək olar?


Əhməd Obali:
 - Mən sizə bölgənin -mən özüm də o bölgədənəm- İranın çox etnik bir ölkə olduğunu təsvir edə bilərəm. Doktor Brenda Şaffer İranda etnik qruplar haqqında çox dəyərli işlər görmüş və çox şey yazmışdır. Demokratiyanı Müdafiə Fondu (FDD) tərəfindən nəşr olunan monoqrafiyasında, farsların İran əhalisinin yarısından azını təşkil verdikləri barədə farsların öz qaynaqlarına istinadən fikir irəli sürüb.

İran fərqli etnik azlıqların ölkəsidir və orada etnik çoxluq yoxdur. İranda mütləq çoxluq və ya sadə çoxluq yoxdur. Təxmini hesablamalarımıza görə, azərbaycanlılar ölkə əhalisinin üçdə birindən çoxunu təşkil edir. Baxmayaraq ki, bəziləri onların sayınınə daha çox olduğunu deyirlər, düşünürəm ki, onlar İran əhalisinin ən azı 35% -ni təşkil edir.

Bu o deməkdir ki, Azərbaycanlıların sayı on milyonlarladır. Sosial mediada gördüyünüz videoda haqlı olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı sərhəd xətti olan Araz çayının digər tərəfini göstərdiniz. O insanlar Azərbaycan ordusunun kənd-kənd irəlilədiyini və işğal olunmuş əraziləri azad etdiyini öz gözləri ilə görmək üçün sərhədə maşın sürən azərbaycanlılar idi.

Onlar Azərbaycan ordusunu alqışlayırdılar. Çünki azərbaycanlılar bir millətdir və sərhədin hər iki tərəfində 1828-ci ildə iki hissəyə ayrılmış azərbaycanlılar yaşayır. Biz azərbaycanlılar bir dildə danışırıq, bir millətik. Sərhəddin hər iki tərəfində qohumlarımız və əmi uşaqlarımız var. Biz özümüzü güney azərbaycanlı adlandıran İran azərbaycanlıları, Azərbaycan Cümhuriyyətini öz ölkəmiz, Azərbaycan ordusunu öz ordumuz, Azərbaycan dövlətini isə öz dövlətimiz olaraq qəbul edirik. Əlbətdə İranın mərkəzi hökuməti azərbaycanlılara heç bir muxtariyyət vermir.

Azərbaycan əsgərlərinin Güney Azərbaycan xalqı tərəfindən təşviq edilməsi, Azərbaycanın işğal olunmuş bölgələrinin azad edilməsindən həyəcanlanan sadə insanların təbii bir hərəkəti idi. İran hökuməti bu hərəkəti bəyənmədi. Əslində İran hökuməti Güney Azərbaycan xalqı tərəfindən Azərbaycan ordusunun təşviq edilməsinin qarşısını almağa çalışdı. Əslində İran hökuməti insanları həbs etməyə başladı. Təxmini hesablamalarımıza görə, İranda Şimali Azərbaycanı dəstəkləyən 230-dan çox azərbaycanlı həbs olundu.

Con Baçlor:
 - Həm daxildə, həm də xaricdə izləyiciləriniz var. Sizə İsraili dəstəkləyib dəstəkləməmək barədə bir telefon danışığı proqramı ilə bağlı sual vermək istərdim. Zəng edənlərin böyük əksəriyyəti İsraili özlərinə dost və müttəfiq hesab edirdilər və bu, İran İslam Respublikasının siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. İran hökumətinin bütün bölgədə pis bir oyunçu olduğunu bilirik. Əhməd bəy, təcrübəli bir media adamı olaraq televiziya izləyicilərinin bu cür fikir bildirməsinə təəccübləndin?

Əhməd Obalı:
- Günaz TV gündəlik və 24 saat fəaliyyət göstərir və verilişləri Avropa və Yaxın Şərqdə peyk vasitəsi ilə yayımlanır. Günaz TV verilişləri “YouTube”də və onlayn formada mövcuddur. Bu yaxınlarda Qarabağın erməni işğalından azad edilməsindən və İsrail həkimlərinin Azərbaycana humanitar səfərindən və Azərbaycan əsgərlərinin müalicəsindən sonra bu proqram yayınladıq.

İrandakı izləyicilərimizdən İsrail haqqında nə düşündüklərini soruşduq. 41 il "ABŞ-a ölüm və İsrailə ölüm" şüarları verildikdən sonra bunun nəticəsinin nə olduğunu soruşduq? 40 telefon əlaqəmiz oldu və vaxt məhdudiyyətinə görə daha çox zəng qəbul edə bilmədik. Bu zənglər təxminən bir saat davam etdi.

 Zəng edən 40 nəfərdən 39-u İsraili Azərbaycanın dostu, müttəfiqi, qardaşı və strateji tərəfdaşı hesab etdi, fikirlər çox müsbət idi. Yalnız bir nəfər İsrailin PKK-ya niyə kömək etdiyini soruşdu. Hətta oda İsrailin Azərbaycan-İsrail münasibətlərini bəyəndiyini söylədi. 

Con Baçlor:
- Bu zənglər sizi təəccübləndirdi? 

Əhməd Obali:
- Yox, təəccüblənmədim. Ancaq zəng edənlərin cəsarətinə təəccübləndim. Çünki İranın içərisindən zəng edib İsraili dəstəklədiklərini bildirmələri təhlükəlidir.
 Ancaq mövqeləri məni təəccübləndirmədi. Bilirəm ki, xalqımız və İrandakı digər etnik qruplar İran rejiminin anti-Qərb və İsrail əleyhinə açıqlamaları ilə razı deyillər.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17

gun az article

İran-Azərbaycan sərhədində Xomeyninin böyük şəkli olan lövhə quraşdırılıb – FOTO

2021-06-17

gun az article

Urmulu gənc siyasi məhbuslara görə İran hökumətini tənqid etdi: “Türkçə rəsmi dil olarsa, səs verəcəyik”-VİDEO

2021-06-17

gun az article

GünazTV June.16.2021-Görüş: Şuşa Bəyanaməsinin əhəmiyyəti, Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-17

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15