Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atıb, düşmən təxribatının qarşısı alınıb - VİDEO

13.06.2019, 14:00

GünAz TV: İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

 

Bu barədə mətbuata Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

 

Müdafiə Nazirliyindən bildirilib ki, bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

 

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

 

https://www.youtube.com/watch?time_continue=2&v=ZnEsidLpRsc

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycan əyalətində onlarla kəndin yolu bağlanıb

2022-01-28

gun az article

Zənganda dəmir yolu işçiləri tətilə başlayacaq-4 aydır onların əmək haqqı verilmir

2022-01-28

gun az article

Sərəskənddə inşasına 15 il bundan öncə başlanan “Səhənd” su bəndinin tikintisi yarımçıq qalıb

2022-01-28

gun az article

Qəzvinin sement zavodunda güclü yanğın -VİDEO

2022-01-28

gun az article

Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

2022-01-28

gun az article

Ərdəbildə yolların açılması üçün texnika çatışmır

2022-01-28

gun az article

Qərbi Azərbaycanda kənd adı kürdləşdirilib

2022-01-28

gun az article

İranın dövlət televiziyasına kiber hücum edilib

2022-01-28

gun az article

Əlirza Fərşi “Bina” xəstəxanasına aparılıb: Milli fəal gözündən əməliyyat olunub

2022-01-28

gun az article

Təbrizdə türk dilində "Koroğlu" tamaşası səhnəyə qoyulub

2022-01-28

gun az article

Güney azərbaycanlı dəmir yolu işçiləri tətil aksiyasına başlayır

2022-01-27

gun az article

Qərbi Azərbaycanda istehsal müəssisələrinin çoxu fəaliyyətini dayandırıb

2022-01-27

gun az article

Urmu zindanında iki nəfər edam edilib

2022-01-27

gun az article

Ərdəbil əyalətinin su və kanalizasiya xətləri köhnədir

2022-01-27

gun az article

Məlikanda bir neçə hökumət məmuruna qarşı cinayət işi açılıb

2022-01-27

gun az article

Şərqi Azərbaycanda koronovirusun yeni ştammına yoluxanlar çoxalıb-Ölənlər var

2022-01-27

gun az article

Ərdəbildə yolların bağlı olması yeniyetmənin ölümünə səbəb oldu

2022-01-27

gun az article

Urmu gölünün sahəsi dahada kiçilib

2022-01-27

gun az article

Xoy zindanında saxlanılan milli fəal sərbəst buraxılıb

2022-01-27

gun az article

Qərbi Azərbaycanda 6 tarixi abidə milli əsərlər siyahısına salındı

2022-01-26