SON XƏBƏRLƏR

Çeçen mücahidlər kəndi alıb çıxdılar

2021.10.20, 07:36
Çeçen mücahidlər kəndi alıb çıxdılar

Gunaz.tv
Çeçen mücahidlər kəndi alıb çıxdılar Dünən səhər bir dəstə çeçen mücahid Çeçenistanın Noжay-Yurd rayonunun Benoy-Vedeno kəndinə girib. Rusiyanın Şimali Qafqazdakı Birləşmiş Ordu Qruplaşmasının qərargahından verilən məlumata görə, "bandit dəstəsi"ndə 60 nəfər var. Onlara radioçağırış adı "Şatral" olan, federal axtarışdakı 33 yaşlı Usman Munsiqov rəhbərlik edir. Mücahidlər kəndə girəndən sonra yolda "Niva" maşınını görərək onu saxlamaq istəməyiblər. Lakin maşın dayanmadığına görə gülləbaran edilib və bu zaman "Niva"da olan Yesayevlər ailəsi - ata və iki oğul - həlak olub. Daha sonra onlar beş evi yandırıblar. Evlərdən biri Benoy-Vedeno administrasiyasının sədri, ikisi də milis əməkdaşlarına məxsusdur. Mücahidlər üç nəfəri güllələyib, bir nəfər yaralanıb. Çeçenistan DİN-i isə bildirir ki, mücahidlər Vedeno rayonunun Darqo kəndi istiqamətinə bir neçə mülki şəxsi girov qismində aparıblar. Hərbçilər dəstənin gizlənə biləcəyi dağlıq bölgəni mühasirəyə alıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar