SON XƏBƏRLƏR

Çeçen qaçqınları

2021.10.20, 07:36
Çeçen qaçqınları

Gunaz.tv
Çeçen qaçqınları Azərbaycanı tərk etmək istəyirlər Çeçen qaçqınları Azərbaycanı tərk etmək istəyir və burada "həyat və azadlıqlarını təhlükə altında" hiss edirlər. Bu barədə Azərbaycandakı Çeçen Qaçqınları Şurasının mətbuat xidmətinin "Qafqaz mərkəzi" internet saytında yayılan bəyanatında bildirilir. "Bütün beynəlxalq sazişlərə baxmayaraq, Azərbaycan növbəti dəfə məhkəmə və istintaq olmadan çeçen qaçqını Süleyman Əyyubovu (status 6024) Rusiyaya təhvil verib. O, əlil, iki övlad atasıdır və övladlarından biri də əlildir. Biz ədalətin əleyhinə deyilik, məhkəmə və insanların oğurlanmasının əleyhinəyik",- deyə bəyanatda bildirilir. Çeçen Qaçqınları Şurası qaçqınları mütəşəkkil qaydada üçüncü ölkəyə çıxarmaq niyyətindədir və "bu işdə bütün xeyirxah insanlardan, beynəlxalq təşkilatlardan və digər dövlətlərin hökumətlərindən yardım istəyir". Bəyanatda deyilir ki, 1999-2008-ci illərdə Azərbaycan hakimiyyəti 27 nəfəri qanunsuz olaraq Rusiyaya təhvil verib, onlarla çeçen qaçqını həbs edilib və Azərbaycanın həbsxanalarında saxlanılır. Bəyanatı "Turan"a şərh edən çeçen hüquq müdafiəçisi İsa Əhyadov bildirib ki, "çeçen qaçqınları həqiqətən Azərbaycanda özlərini təhlükədə hiss edirlər, oğurlanmaqdan və Rusiyaya təhvil verilməkdən qorxurlar". Onun sözlərinə görə, çeçenlər BMT-yə təhlükəsizliklərini təmin edəcək ölkəyə getmək imkanı yaratmaq xahişi ilə müraciət edirlər. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar