SON XƏBƏRLƏR

Cəhdlər nəticə verdi – Urmiyadə azərbaycanlıların dəstək verdiyi namizədlər qalib gəldi

2021.10.20, 07:36
Cəhdlər nəticə verdi – Urmiyadə azərbaycanlıların dəstək verdiyi namizədlər qalib gəldi

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin şəhərləri, o cümlədən Urmiyada dünən keçirilən parlament seçkilərinin nəticələri azərbaycanlıların birlik nümayiş etdirməsinin nə qədər təsirli olduğunu göstərməkdədir.

 

Artıq Urmiya şəhərində azərbaycanlıların dəstək verdiyi 3 namizədin qalib gəldiyini Urmiya Şəhər İcra Hakimiyyətinin başçısı rəsmən təsdiqləyib. Onun sözlərinə görə, 344 min 886 səsdən Salman Zakir 138 min 436, Ruhulla Həzrətpur 86 min 910 və Vəhid Calalzadə 80 min 94 səs qazanıb.

 

Deputatlığa seçilən namizədlər “Azərbaycan yatma dur” koalisiyasında təmsil olunub. Azərbaycanlı milli-mədəni fəallar radikal kürd qüvvələrinin Azərbaycana qarşı planlarını nəzərə alaraq sözügedən namizədlərə dəstək nümayiş etdirib, bütün əhalini bu namizədlərə səs verməyə çağırmışdılar. Ona görə də bu qələbədə Güney Azərbaycanın təşkilat və qrupları, eləcə də mətbuat orqanları və kanallar xüsusi rol olub.

 

Kürd terror təşkilatları və radikal qüvvələrin seçkilərlə bağlı planlarının zərərsizləşdirilməsi azərbaycanlılar tərəfindən alqışlanır, əhali sevinc içindədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar