SON XƏBƏRLƏR

Cəllad( Radovan Karadjic) və onun dəstəkçiləri_Elxan ŞAHİNOĞLU

2021.10.20, 07:36
Cəllad( Radovan Karadjic) və onun dəstəkçiləri_Elxan ŞAHİNOĞLU

Gunaz.tv
yazar_qnoautjb.jpg Elxan ŞAHİNOĞLU Cəllad və onun dəstəkçiləri Daha bir cəllad ələ keçirildi. Serbiya polisinin Bosniya serblərinin keçmiş lideri Radovan Karadjici həbs etməsi dünya agentliklərinin baş xəbərinə çevrilib. Bu, sıradan bir hadisə deyil. Sivil dünya serb cəlladın həbsini 1995-ci ildən bu yana səbirsizliklə gözləyirdi. Karadjic 1996-cı ildə hakimiyyətdən ayrıldıqdan sonra dağlarda, meşələrdə, müxtəlif daxmalarda gizlənirdi. Nəhayət, ƏDALƏT onu da haqladı. Bu cəllad və onun tərəf müqabili sayılan serb hərbi qüvvələrinin komandanı Radko Mladicin əmri ilə 1995-ci ildə Bosniyanın Srebrenista şəhərində 8 min dinc müsəlman qətlə yetirilmişdi. Əslində, bu hadisəyə görə yalnız bu iki nəfəri deyil, o zamankı BMT rəhbərliyini də məsuliyyətə cəlb etmək lazımdır. Çünki 1995-ci ildə Srebrenitsa BMT qüvvələrinin, daha dəqiq desək, hollandiyalı sülhməramlılarının nəzarətində idi. Ancaq qorxaq hollandiyalılar şəhəri serb qüvvələrinə təslim edərək, müsəlmanların qətliamına seyrçi qaldılar. Qayıdaq Karadjicə. Bu başkəsən indi Haaqa Tribunalı qarşısında cavab verməlidir. Əhsən Serbiyanın hazırki dövlət başçısı Boris Tadiçə. Əslində, Karadjici çoxdan həbs etmək mümkün idi. Ancaq Serbiyanın o zamankı başçısı, cəlladlıqda Karadjicdən geri qalmayan Miloşevic Bosniya serblərinin liderinin həbsinə hər vəchlə mane olurdu. Serbiyada hakimiyyət dəyişdikdən sonra da Karadjici ələ keçirmək müşkül məsələyə çevrilmişdi. Bu dəfə isə onun həbsini Serbiya məxfi xdmətinin rəhbərliyi əngəlləyirdi. Beynəlxalq polis qüvvələri hər dəfə Karadjicin yerini müəyyənləşdirdikdə serb başkəsən müəammalı şəkildə gizləndiyi yerdən qeyb olurmuş. Serbiyanın hazırki prezidenti isə bir daha belə «müəmmalarla» qarşılaşmamaq üçün məxfi xidmət idarəsinin rəisini dəyişdi. Çünki Boris Tadic anlayırdı ki, Karadjic və Mladici təhvil vermədən Avropa Birliyi ilə hərtərəfli əməkdaşlıq mümkün deyil. Boris Tadic birinci addımı atdı, qalır digər cəllad Mladici yaxalamaq. Sivil dünya, müsəlman aləmi Karadjicin həbsinə sevinərkın, Moskvadan səs çıxmır. Görünür, Moskva üçün slavyan həmrəyliyi bütün dəyərlərdən üstündür, hətta söhbət 8 min insanı qanına qəltan edən cəlladdan gedirsə də. Vaxtilə Miloşevici müdafiə edirdilər, indi də Karadjicdən yana olacaqlar. Moskvadan başqa nə gözləmək olar ki? Rusiya qonşu dövlətin (Gürcüstanın) ərazisini (Abxaziyanı) faktiki işğal edib, utanmadan da deyir ki, «hərbi təyyarələrimiz hərdən Abxaziya Cənubi Osetiya səmalarında təhlükəsizlik uçuşları həyata keçirir». Adını nə qoyursan qoy, bundan bircə məna çıxır: İşğal. Buna baxmayaraq, Kreml müstəqil xarici siyasət yürüdən kiçik Gürcüstanı diz üstə çökdürə bilmir. Gürcüstanın BMT-də ədalət axtarışı nəticəsiz qalmayıb. Moskva Abxaziyadakı dəmir yol qüvvələrini tələsik bölgədən çıxarıb. Rusiya bu qüvvələri «dəmir yolunun» bərpası adıyla Abxaziyaya soxmuşdu, indisə qorxusundan geri addım atıb. Gürcüstan Rusiya «sülhməramlılarının» Abxaziya və Cənubi Osetiyadan çıxarılmasına çalışır. Hələ ki, BMT çərçivəsində istənilən nəticə əldə olunmayıb. Ancaq rəsmi Tiflisin torpaqlarının bütövlüyü uğrundakı inadkarlığı Moskvaya hələ çox başağrısı yaradacaq. Elə bil dünənə qədər Çeçenistandakı separatçılarla mübarizə aparan Rusiya deyildi. Yəqin düşünürlər ki, öz separatçılarını məhv etdikdən sonra qonşularındakı separatçılara fəal dəstək zamanı gəlib. Tələsiblər. Çeçenistanda partlama və qətlə yetirilənlərlə bağlı xəbərlərin sayı yenə artır, bu günlərdə Groznıdakı futbol stadionunda maraqlı hadisə qeydə alınıb. Rusiya çempionatının növbəti turunda yerli «Terek»lə «Rubin» klubu arasındakı oyunda azarkeşlər Kosovonun bayrağını qaldırıblar.Çeçenlər bununla Rusiyanın tanımadığı Kosovonun müstəqilliyinə dəstəklərini izhar edirlər. Miloşevic, Karadjic kimi başkəsənləri, Abxaziya, Cənubi Osetiya və Qarabağdakı separatçıları müdafiə edən Moskvaya bu da azdır. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar