“Bölgədə hərbi varlığımız İranın dağıdıcı əməllərini önləmək məqsədi güdür”-Amerikalı general

2021-06-08 13:16

ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) general Kenneth Frank Mackenzie iyunun 8-də mediaya açıqlamasında İranın bölgədəki təxribatçı fəaliyyətindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

İranın Yəməndəki şiə husilərə silah-sursat yardımı etdiyini vurğulayan amerikalı general Amerikanın bölgədəki hərbi varlığının səbəbindən bəhs edib.

Öz açıqlamasında İran rejiminin Orta Şərq ölkələri üçün ən böyük təhdid sayıldığını bildirən general Mackenzie deyib ki, Amerika Birləşmiş Ştatları Tehrandan gələn təhdid qarşısında regional müttəfiqi olan Səudiyyə Ərəbistanına yardımını bundan sonra da davam etdirəcək.


“Bir daha bildirirəm ki, bizim bölgədəki qüvvələrimizin hərbi mövcudluğu İran İslam Respublikasının xəbis və dağıdıcı əməllərinin qarşısını almaq üçündür. 


Hesab edirik ki, İran Orta Şərq regionunun sabitliyinə qarşı ən böyük təhdid olaraq qalır və bu təhdidin qarşısı alınmalıdır. 


İranın Yəməndəki yaraqlı husilərə dəstəyinə və onları silah-sursatla təmin etməsinə gəlincə, deyə bilərəm ki, Tehran rejiminin təsirində olan husilər Yəmən böhranının həllinə meyilli deyillər. 


Məhz bunu nəzərə alaraq, hazırda Amerika Birləşmiş Ştatlarının regiondakı əsas prioritet məsələsi, İran təhdidi qarşısında özünü müdafiə edən Səudiyyə Ərəbistanına yardım göstərməkdir”, -deyə ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) general Kenneth Frank Mackenziemediaya açıqlamasında bəyan edib. 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Körfəz Əməkdaşlıq Şurası İranın raket proqramının Vyanada aparılan nüvə danışıqlarında gündəmə gətirilməsini tələb edib

2021-06-17

gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16