CENTCOM komandanı: “İranın Orta Şərqdə hegemonluğu ələ keçirməyə cəhdi regionda sabitliyinin pozulmasına səbəb olub”

2021-04-21 15:11

ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) general Kenneth Frank Mackenzie aprelin 20-də Konqresdə çıxış edərək, İranın Orta Şərqdə Amerika və müttəfiqlərinə qarşı daimi təhdidindən, terrorizmə dəstək verməsindən və Tehranın dəstəklədiyi Yəməndəki husilərdən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Amerikalı general İranın regionda apardığı təxribat xarakterli fəaliyyəti barədə xəbərdarlıq edərək deyib ki, İran regionda demək olar ki, hər gün Amerika və onun müttəfiqlərini təhdid edir, yaraqlı husilərə silah-sursat yardımını davam etdirir.


“İranın Orta Şərqdə hegemonluğu ələ keçirməyə cəhdi regionda sabitliyinin pozulmasına səbəb olub. İranın dəstəklədiyi yəmən husiləri cari ilin yanvar ayından bu yana ballistik və kruz raketləri ilə, eləcə də pilotsuz uçan aparatlarla 150 dəfə Səudiyyə Ərəbistanının hərbi və mülki hədəflərinə və infrastrukturuna hücum edib. 


İranın kiçik və orta pilotsuz aparatlaran geniş istifadə etməsi isə o deməkdir ki, Amerika Birləşmiş Ştatları Koreya savaşından sonra ilk dəfə regionda əməliyyatlar keçirərkən öz hərbi üsünlüyünü itirib.


Hesab edirik ki, İran və onun dəstəklədiyi terrorçu qruplaşmalar regionda bizi və müttəfilərimizi təhdid edən əsas təhlükə olaraq qalır. Biz isə düşünürəm ki, yalnız güc və hərbi qabiliyyətlərimizi artırıb genişləndirməklə İran dronlarını vura, məhv edə biləcəyik. Əks təqdirdə üstünlük İran tərəfində olacaq. 


Amerika Birləşmiş Ştatlarının regiondakı hərbi varlığının qarşısında isə 3 mühüm prioriet məsələ dayanır: “Əl-Qaidə” və “Daeş” kimi terrorçu qrupların təxribat xarakterli fəaliyyətinin qarşısını almaq, İranın regionun sabitliyinə qarşı yönəlmiş dağıdıcı fəaliyyətinə mane olmaq, eləcə də Çin və Rusiyanın strateji əhəmiyyətə malik regionda nüfuzunu genişləndirməsinin qarşısını almaq”, -deyə ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) general Kenneth Frank Mackenzie Konqresdə etdiyi çıxışında bəyan edib. 

به گفته ژنرال مک کنزی ایران تهدیدی روزانه برای متحدان آمریکاست

A.M 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17

gun az article

Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

2021-05-17

gun az article

Fələstinlilər narahatdır: İranın fitnəkarlığı atəşkəsi poza bilər

2021-05-17

gun az article

Səudiyyə Ərəbistanı İrana və başqa 12 ölkəyə səfər qadağasını uzatdı

2021-05-17

gun az article

Gürcüstanın DİN başçısı və DTX-nın rəisi Dmanisiyə gəlib: "Məsələnin etnik olduğunu deyənlər düşmənlərdir"

2021-05-17

gun az article

İranlı kinorejissor Babək Xürrəmdin qətlə yetirilib - YENİLƏNİB

2021-05-17

gun az article

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücum: Xəsarət alanlar var-FOTO, VİDEO

2021-05-17

gun az article

Paşinyan bu dəfə Qırğızıstandan DƏSTƏK İSTƏDİ

2021-05-17

gun az article

Əli Əkbər Vilayəti: “Tezliklə Qüdsdə Xamneyinin imaməti ilə namaz qılacağıq”

2021-05-17

gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17