SON XƏBƏRLƏR

Cənubi Koreya İrandan neft idxalını dayandırdı

2021.10.20, 07:36
Cənubi Koreya İrandan neft idxalını dayandırdı

Gunaz.tv

GünAzTV: Cənubi Koreya hökuməti İrandan neft idxalını dayandırıb. Bu barədə Röyters agentliyi Cənubi Koreyanın neft mənbələrinə istinadən iyulun 6-da məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Cənubi Koreya Amerikanın İrana qarşı yeni sanksiyalarının tətbiqinə uyğun olaraq cari ilin iyul ayının 1-dən İran neftindən imtina edib. Bildirilir ki, rəsmi Seul, hazırda İrandan neft idxalına lisenziya almaq üçün Amerika hökuməti ilə danışıqlar aparır. Vaşinqtonun İran neftinə sanksiyaların tətbiqinə noyabr ayından başlayacağını nəzərə alaraq, Cənubi Koreya indidən lisenziya almaqla Amerikanın sanksiyalarına məruz qalmadan, qarşıdan gələn aylarda İrandan neft idxalını bərpa etməyə ümid edir.  

 

Qeyd edək ki, şərqi Asiyada, Cənubi Koreya, Yaponiya və Çin İran neftinin əsas müştəriləri sayılır.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq şirkəti İranla əməkdaşlığı dayandırıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar