SON XƏBƏRLƏR

Ceremi Hant: “İran Amerikanın iradəsini sınamağa çalışmamalıdır”

2021.10.20, 07:36
Ceremi Hant: “İran Amerikanın iradəsini sınamağa çalışmamalıdır”

Gunaz.tv

GünazTV: Mayın 20-də Beynəlxalq Səhiyyə Təşkilatının ümumi toplantısına qatılmaq üçün Cenevrəyə səfər edən Böyük Britanıyanın xarici işlər naziri Ceremi Hant, jurnalistlərə açıqlamasında İranın Amerikaya qarşı təhdidlərinə münasibət bildirib.

 

İranın Amerikaya və onun regional müttəfiqlərinə qarşı təmsilçi müharibə aparmasına toxunan Hant bildirib ki, Amerika İranla savaşa girmək istəmir: “İranlılara xəbərdarlıq edib deyirəm ki, amerhikalıların iradəsini sınamağa çalışmasınlar. Amerika rəhbərləri İranla müharibə etmək niyyətində deyil. Lakin əgər Birləşmiş Ştatların mənafeyi hücuma məruz qalsa, amerikalılar həmin hücumun əvəzini çıxacaqlar. Bu, elə bir məsələdir ki, iranlılar ona diqqət yetirməli, barəsində çox-çox düşünməlidirlər” –deyə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant vurğulayıb.

 

Hant həmçinin, İranın bölgədə yürütdüyü dağıdıcı aiyasəti və onun region ölkələrinə qarşı təhdidinin artması barədə Amerika hökuməti ilə eyni fikirdə olduğunu bəyan edib.

 

Qeyd edək ki, son həftələr Amerika Birləşmiş Ştatları İranın regional təhdidlərinə cavab olaraq, özünün “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini və B-52 bombardımançılarını bölgəyə göndərməsindən sonra, iki ölkə rəhbərləri arasında söz müharibəsi şiddətlənib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar