SON XƏBƏRLƏR

CHP başqanı AKP-yə uğurlar arzuladı

2021.10.20, 07:36
CHP başqanı AKP-yə uğurlar arzuladı

Gunaz.tv

GünAz TV: “Üç təməl mesajım olacaq Bütün Türkiyəyə. CHP bu qısa zamanda 3,5 milyon yeni seçici qazanıb. Daha güclü bir CHP var”.

APA-nın xəbərinə görə, bunu Türkiyədəki parlament seçkilərinin nəticələrinə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının başqanı Kəmal Kılıcdaroğlu deyib.  

O deyib ki, seçimə girib millət vəkili sayını artıran tək partiya CHP-dir. Digərləri millət vəkili sayını azaldıblar: “Demokratiyaya həmişə güvəndik. AKP-yə uğurlar arzulayırıq. Amma unutmasınlar ki, daha güclü CHP var. Sadəcə, AKP yox, bütün dünya bunu unutmasın. Daha gənc, dünyaya daha azad baxan CHP var”.

K. Kılıncdaroğlu bildirib ki, partiyasının konstitusiya (Anayasa), azadlıq, media azadlığı məsələləri ilə bağlı mübarizəsi davam edəcək.

 

 CHP başqanı deyib ki, Türkiyənin 81 bölgəsinə gedib: “Sabahdan yenə eyni həyəcanı yenə seçim varmış kimi davam etdirəcəyik. Altı ay içində 3,5 milyon seçici qazanırıqsa, qarşıdakı 4 ildə iqtidar olmağı bacaracağıq”.

O, tərəfdarlarına “əhvalımızı pozmayacağıq” deyə, çağırış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar