SON XƏBƏRLƏR

Çikaqoda keçirilən İpək Yolu ölkələrinə həsr olunmuş konfransda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunub

2021.10.20, 07:36
Çikaqoda keçirilən İpək Yolu ölkələrinə həsr olunmuş konfransda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunub

Gunaz.tv
Çikaqoda keçirilən İpək Yolu ölkələrinə həsr olunmuş konfransda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunub İllinoys ştatında yerləşən Orta Asiyanın araşdırılması üzrə mərkəz, Çikaqo Universitetinin pakistanlı məzunları və eyni adlı şəhərdə yerləşən Türkiyə və Pakistan ticarət nümayəndəliklərinin təşkilatçılığı ilə Çikaqo şəhərində “Yeni İpək Yolunun biznes potensialı” mövzusunda konfrans keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, müzakirələrə Naxçıvan Dövlət İnstitutunun fəxri doktoru Harri Lepinski, Türkiyənin və Pakistanın Çikaqo şəhərindəki baş konsulları Kənan İpək və Aman Rəşid, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov, habelə Hindistan və Qazaxıstan nümayəndələri qatılıblar. E. Süleymanov çıxışında bildirib ki, Heydər Əliyev tərəfindən təməli qoyulan uzunmüddətli strategiyanın reallaşması Azərbaycanın İpək Yolu layihəsində ən mühüm vasitəçi rolunu möhkəmləndirib. Baş konsul xüsusi olaraq qeyd edib ki, Azərbaycan öz fəaliyyətində regionun inkişafı baxımından addımlar atır və bütün ölkələrlə qarşılıqlı əməkdaşlığa hazırdır. Türkiyənin baş konsulu Kənan İpək isə region dövlətlərinin faydalı əməkdaşlığını vurğulayaraq, diqqəti Ermənistanın apardığı qeyri-konstruktiv siyasətə yönəldib. K. İpək rəsmi İrəvanın mövcud siyasətinin ölkənin daha da təcrid olunmasına xidmət etdiyini bildirib. Türkiyə ilə Azərbaycanın Ermənistanla dialoqa hazır olduğunu deyən diplomat Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına çağırıb. Konfransı yekunlaşdıran Pakistanın Çikaqo şəhərindəki ticarət attaşesi Əsəd Xayauddin Xəzər dənizi ölkələrinin əhəmiyyətini qeyd edib, onların arasında Azərbaycanın xarici investorlar üçün xüsusi maraq kəsb etdiyini vurğulayıb. Qeyd edək ki, ABŞ-ın nüfuzlu Diplomatiya və Hüquq Ali Məktəbinin məzunu olan Ə. Xayauddin dissertasiyasını Xəzər regionu ölkələrinə həsr edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar