SON XƏBƏRLƏR

Çin hərbi büdcəsini artırır

2021.10.20, 07:36
Çin hərbi büdcəsini artırır

Gunaz.tv

GünAz TV: Çinin hərbi büdcəsi 2018-ci ildə ötən illə müqayisədə 8,1 faiz artaraq 175 milyard Amerika Birləşmiş Ştatları (ABŞ) dolları təşkil edəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında hökumətin təqdim etdiyi məruzədə deyilir.

 

Sənədə görə, 2018-ci il üçün ÜDM artımı 6,5%-ə yaxın proqnozlaşdırılır. Eyni zamanda, hökumət cari ildə  büdcə kəsirini 0,4%, ÜDM-nin 2,6% -dək azaltmaq niyyətindədir.

 

Hesabatda həmçinin qeyd olunub ki, 2018-ci ildə Çində inflyasiya təxminən 3% artacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar