SON XƏBƏRLƏR

Çin Honkonqdakı vəziyyətlə bağlı G7 sammitində qəbul olunan bəyanata etiraz edib

2021.10.20, 07:36
Çin Honkonqdakı vəziyyətlə bağlı G7 sammitində qəbul olunan bəyanata etiraz edib

Gunaz.tv

GünAz TV: Rəsmi Pekin G7 sammitinin yekununda Honkonqdakı vəziyyətlə bağlı qəbul olunan bəyanata qətiyyətlə etiraz edir.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq mətbuat konfransında bildirib.

 

Qeyd edək ki, G7-nin Fransanın Biarritz şəhərində keçirilən 3 günlük konfransının yekununda qəbul olunan bəyanatda "G7 qrupu Honkonqla bağlı 1984-cü ildə imzalanan Çin-Britaniya Birgə Bəyannaməsinin mövcudluğunu və əhəmiyyətini bir daha təsdiqləyir və zorakılıqdan yayınmağa çağırır" deyə qeyd olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar