SON XƏBƏRLƏR

Çin Kiyanuş Cahanpurun sözlərinə görə İrana zəruri məhsullar aparan uçuşu ləğv edib

2021.10.20, 07:36
Çin Kiyanuş Cahanpurun sözlərinə görə İrana zəruri məhsullar aparan uçuşu ləğv edib

Gunaz.tv

GünAz TV: Çin hökuməti İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun sözlərinə etiraz olaraq, bu ölkəyə zəruri məhsullar daşıyan uçuşlardan birini ləğv edib.

 

Bu barədə məlumat yayan İranın Pekindəki səfiri Məhəmməd Keşavərzzadə bildirib ki, çinlilə Cahanpurun sözlərinə görə ölkəsinə qarşı sosial şəbəkələrdə nalayiq ifadələrlə təhqirlər yağdırırlar.

 

Onun sözlərinə görə, səfirliyin işə qarışmasından sonra ləğv edilmiş uçuşa yenidən icazə verilib.

 

Cahanpurun fikirlərini "hesablanmamış açıqlama" adlandıran səfir qeyd edib ki, İran Çindən zəruri ehtiyaclarını qarşıladığı üçün rəsmilər "çıxışlarına diqqət etməlidirlər".

 

Məhəmməd Keşavərzzadə sonda bildirib ki, Səhiyyə Nazirliyinin sözçüsünün dedikləri üzündən Çin hökuməti ikitərəfli razılaşmaların icrasını ya uzadır, ya da tamamən dayandırır.

 

Xatırladaq ki, Kiyanuş Cahanpur aprelin 6-da Çinin ilk günlərdən koronavirusla bağlı yalan statistikalar yaymaqla, xəstəliyin bütün dünyaya yayılmasına səbəb olduğunu bildirmiş və bunu "acı zarafat" adlandırmışdı.

 

Onun bu sözləri Çinin Tehrandakı səfiri, İranın Xarici İşlər Nazirliyinin sözçüsü və "Sepah" terror təşkilatının qəzəbinə səbəb olmuşdu. "Sepah" məsələ ilə əlaqəli yaydığı bəyanatda dövləti Cahanpurun açıqlamasının "arxasında dayanan gizli əlləri" araşdırmağa çağırmışdı.

 

Lakin aprelin 9-da İran Milli Məclisinin deputatı Əli Mütəhhəri Cahanpura haqq qazandırmışdı. O, həmçinin qeyd etmişdi ki, "biz Amerika ilə mübarizə aparaq deyəndə Çinin boyunduruğu altına düşməyi nəzərdə tutmamışdıq",

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar