SON XƏBƏRLƏR

Çində koronavirusdan ölənlərin sayı 81-ə çatıb, daha 2744 nəfər virusa yoluxub

2021.10.20, 07:36
Çində koronavirusdan ölənlərin sayı 81-ə çatıb, daha 2744 nəfər virusa yoluxub

Gunaz.tv

GünAz TV: Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni koronavirusdan ölənlərin sayı 81 nəfərə çatıb, yoluxanların sayı isə 2700-ü ötüb.

 

"Report" “Euronews”a istinadən xəbər verir ki, yeni koronavirusa (2019-nCoV) yoluxanlardən 461-nin vəziyyəti ağırdır.

 

Bundan başqa, virusa yoluxmaqda şübhəli bilinən 5794 nəfər xəstə var. İnfeksiyaya yoluxan xəstələrlə təmasda olan insanlar isə müşahidə altına alınıb. Onların sayı 30 mindən artıqdır.

 

Xatırladaq ki, koronavirusa aralarında Amerika Birləşmiş Ştatları (ABŞ), Cənubi Koreya, Tailand, Avstaliyanın da olduğu ən az 14 ölkədə rastlanılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar