GünAz TV: Çində zavodda partlayış olub.
Məlumata görə, hadisə Xenan əyalətində, "Xumei Biotech" zavodunun sexində baş verib. Partlayış zamanı azı 6 nəfər həlak olub.
Qeyd edilir ki, 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada vəfat edib. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1-inin vəziyyəti ağırdır.
Şirkətin rəhbəri istintaq orqanının əməkdaşları tərəfindən saxlanılıb.
Mənbə: Report.az
Ə.A