SON XƏBƏRLƏR

Çingiz Aytmatovun vəfatı ilə əlaqədar Qırğızıstanda matəm elan edilib

2021.10.20, 07:36
Çingiz Aytmatovun vəfatı ilə əlaqədar Qırğızıstanda matəm elan edilib

Gunaz.tv
Çingiz Aytmatovun vəfatı ilə əlaqədar Qırğızıstanda matəm elan edilib chingiz_aytmatov-10-06.jpg Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin fərmanı ilə mərhumla vida mərasimi iyunun 14-də keçiriləcək Tanınmış yazıçı Çingiz Aytmatovun vəfatı ilə əlaqədar iyunun 14-ü Qırğızıstanda matəm günü elan edilib. Prezident Kurmanbek Bakiyevin fərmanı ilə mərhumla vida mərasimi elə həmin gün keçiriləcək. Dəfnlə bağlı məsələləri həll etmək üçün xüsusi komissiya yaradılıb. Qeyd edək ki, görkəmli yazıçı iyunun 10-da 79 yaşında, Almaniyada, müalicə olunduğu Nürnberq klinikasında dünyasını dəyişib. Çingiz Aytmatov 20 gündən çox idi ki, böyrəklərin kəskin iltihabı və böyrək çatışmazlığı diaqnozu ilə orada müalicə ounurdu. /ANS TV/ ANS_PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar