SON XƏBƏRLƏR

Çinin “CNPC” şirkəti İranın “Cənubi Pars” neft yatağına sərmayə qoyuluşunu dayandırıb

2021.10.20, 07:36
Çinin “CNPC” şirkəti İranın “Cənubi Pars” neft yatağına sərmayə qoyuluşunu dayandırıb

Gunaz.tv

GünAzTV: Çinin “CNPC” neft şirkəti (China National Petroleum Corporation) İranla əməkdaşlığını dayandırıb. Bu barədə, “Röyters” agentliyi dekabrın 12-də Çinin neft mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, “CNPC” şirkəti Amerikanın təzyiqinə dözməyərək, Pekinlə Vaşinqton arasında yaşanan çaxnaşmanı azaltmaq məqsədilə İranın “Cənubi Pars” təbii qaz yatağınının genişləndirilməsi layihəsi üçün əvvəlcədən planlaşdırılan sərmayə qoyuluşunu dayandırıb.

 

Qeyd edək ki, Fransanın “Total” şirkəti ötən il “Cənubi Pars” yatağının genişləndirilməsi üçün Çinin “CNPC” və İranın “Petropars” şirkəti ilə birlikdə 5 milyard dollar dəyərində olan bir müqavilə imzalamışdı. Lakin Amerikanın İranla imzalanmış nüvə sazişindən çıxmasının ardınca, bir neçə ay əvvəl “Total” şirkəti bu müqaviləni tərk etdi.

 

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

Yeni sanksiyalarla bağlı noyabrın 2-də jurnalistlərə amçıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, sanksiyaların yeni mərhələsində 700-dən çox fiziki və hüquqi şəxsin adları, Amerikanın İrana qarşı sanksiyalar siyahısına salınıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar