SON XƏBƏRLƏR

Çinin “CNPC” və “Sinopec” şirkətləri noyabrda 1 ay müddətinə İrandan neft idxalını dayandıracaqlarını bildiriblər

2021.10.20, 07:36
Çinin “CNPC” və “Sinopec” şirkətləri noyabrda 1 ay müddətinə İrandan neft idxalını dayandıracaqlarını bildiriblər

Gunaz.tv

 GünAzTV: Çinin 2 mühüm şirkətlərindən sayılan Çin Milli Neft Şirkəti (CNPC” və Sinopec Dövlət Şirkəti noyabrda 1 ay müddətinə İrandan neft idxalını dayandıracaqlarını bildiriblər. Bu barədə “Röyters” agentliyi oktyabrın 24-də həmin şirkətlərin mənbələrinə istinadla məlumat yayıb.

 

 Məlumatda bildirilir ki, Çinin “CNPC” və “Sinopec” şirkətləri Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulmasından ehtiyatlanaraq, noyabr ayı üçün İrana neft sifarişi verməkdən imtina etmək qərarına gəliblər.

 

Qeyd edək ki, Çin İran neftinin ən böyük müştərilərindən biridir. ABŞ-ın Enerji İnformasiyası İdarəsinin oktyabrın 23-də yaydığı yeni hesabatında bildirilir ki, son 9 ayda Çin orta hesabla hər gün İrandan 644 min barel neft idxal etsə də, bu rəqəm ötən sentyabr ayında 441 min barelə endirilib.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar