SON XƏBƏRLƏR

Çinin Hubey əyalətində koronavikoronavirusa görə 10 şəhər bağlanıb

2021.10.20, 07:36
Çinin Hubey əyalətində koronavikoronavirusa görə 10 şəhər bağlanıb

Gunaz.tv

GünAz TV: Çinin koronavirusun geniş yayıldığı Hubey əyalətində Uhan şəhərinin ardınca daha doqquz şəhərdə nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb.

 

Bu barədə "Report" RİA “Novosti”yə istinadən xəbər verir. 

 

Beləliklə, nəqliyyatın fəaliyyətinin dayandırıldığı şəhərlərin sayı Uhan, Çibi, Eçjou, Xuanqan, Syantao, Çjiszyan, Syanszyan, Xuanşi, Enşi və Syannin də daxil olmaqla 10-a çatıb.

 

Uhan şəhərində ən ciddi karantin mövcuddur. Bu şəhərdə yerli vaxtla saat 10:00-da avtobusların, bərələrin, metronun, su nəqliyyatının hərəkəti dayandırılıb. Həmçinin aeroportda uçuşlar da ləğv edilib, şəhərin və ölkə hakimiyyəti ora getməməyi və xüsusi səbəb olmadan şəhərdən çıxmamağı tövsiyə edir.

 

Eçjou şəhərində də dəmiryolunun hərəkəti dayandırılıb. Syantao hakimiyyəti bütün avtobusların və su nəqliyyatının hərəkətinə fasilə verilib. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar