Çinin xarici ticarət dövriyyəsi rekord göstəriciyə çatıb

14.01.2020, 17:31

GünAz TV: Çinin xarici ticarət dövriyyəsi keçən il 3,4 faiz artaraq 31,54 trilyon yuana (təxminən 4,6 trilyon Amerika dolları) çatıb. Bu, Çin tarixində rekord göstəricidir.

 

Çin Baş Gömrük Administrasiyasının sədri Cou Ciu ötən il ixracın 5 faiz artaraq 2,5 trilyon dollara, idxalın isə 1,6 faiz çoxalaraq 2,07 trilyon dollara çatdığını deyib. Xarici ticarətdə müsbət saldo 423 milyard dollar təşkil edib. O, ilkin təhlilərə əsasən, 2019-cu il üçün Çinin dünyada ən çox xarici ticarət həyata keçirən ölkə olduğunu deyib.

 

Avropa İttifaqı Çinin ən böyük ticarət tərəfdaşı (8 faiz çoxalma ilə 705 milyard dollar) mövqeyini qoruyub. Çinin xarici ticarətindəki yeniliklərdən biri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin 643 milyard dollarla rəsmi Pekinin ikinci ən böyük xarici ticarət tərəfdaşına çevrilməsidir. Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ticarətin ümumi məbləği isə 11,1 faiz azalaraq 493 milyard dollara düşüb. Çin-ABŞ ticarət əlaqələrinin azalmasında iki ölkə arasında ticarət mübahisələrinin rolu danılmazdır.

 

Çinin xarici ticarətində diqqətçəkən yeniliklərdən digəri isə ilk dəfə olaraq özəl sektorun xarici kapitallı şirkətləri qabaqlayaraq ölkənin ən böyük xarici ticarət həyata keçirən qrupu olmasıdır. Ötən il özəl sektorun idxal və ixracı 11,4 faiz artıb, ölkənin ümumi xarici ticarətində 42,7 faizlik paya sahib olub.

 

Qeyd etmək lazımdır ki, özəl sektor Çində büdcəyə vergi ödəmələrinin 50 faizini, ümumi daxili məhsulun (ÜDM) 60 faizini, texnoloji innovasiyaların 70 faizini, yeni açılan iş yerlərinin 90 faizini təmin edir. AZƏRTAC

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Günaz.TV-də müzakirə: “Bahalaşmaya etirazlar davam edir” -VİDEO

2022-05-17

gun az article

Təbriz və Ankara turizm sahəsində əməkdaşlıq edəcəklər

2022-05-17

gun az article

Təbrizdə çörək qıtlığı yaranıb

2022-05-17

gun az article

Miyanada tarixi əsər qaçaqmalçıları həbs olunub

2022-05-17

gun az article

Ərdəbildə həbs olunanlara qarşı cinayət işi açılır

2022-05-17

gun az article

"Parlaq gələcək”də müzakirə: “Güney Azərbaycanda iqtisadi və ictimai-siyasi durum”-VİDEO

2022-05-17

gun az article

“Azadlıq səsi”: “İran bahalaşma və artan etirazlar” və “İrandakı etirazlar və Milli Hərəkatın tutumu” -VİDEO

2022-05-17

gun az article

“Düşünməyə çağırış”da müzakirə- “Milli içərik daşıyan şüarlar” -VİDEO

2022-05-17

gun az article

Muğanda ​​​​​​​“Buta” Azərbaycan musiqi qrupunun konsertinə icazə verilməyib

2022-05-17

gun az article

"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti İrandakı etirazlarla bağlı bəyanat yayıb

2022-05-17

gun az article

İsfahanlı molla: "Azərbaycan rəqsi insan tərbiyəsinə uyğun deyil"- VİDEO

2022-05-16

gun az article

Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

2022-05-16

gun az article

Kərkük türkmənlərindən kürdlərə etiraz

2022-05-16

gun az article

İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

2022-05-16

gun az article

Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib-VİDEO

2022-05-15

gun az article

Təbrizdə divarlara etiraz şüarları yazılıb- Vətəndaşlar etiraz aksiyalarına çağırılıb-FOTOLAR

2022-05-15

gun az article

Ərdəbil əyalətində həkim çatışmazlığı

2022-05-15

gun az article

İran televiziyası və Mədəni İrs Təşkilatı Qərbi Azərbaycan əyalətinin adını təhrif edib

2022-05-15

gun az article

“Azadlıq, ədalət, milli hökumət”- Milli Hərəkat fəalları İrandakı son hadisələrlə bağlı bəyanat yayıb

2022-05-15

gun az article

Kərəcdə ərzaq üsyanı: İran bayraqları endirildi

2022-05-13