SON XƏBƏRLƏR

«ÇIRPINIRDI QARA DƏNİZ» KLİPİ TAMAMLANIR

2021.10.20, 07:36
«ÇIRPINIRDI QARA DƏNİZ» KLİPİ TAMAMLANIR

Gunaz.tv
«ÇIRPINIRDI QARA DƏNİZ» KLİPİ TAMAMLANIR Ötən əsrin əvvəlində Əhməd Cavad və Üzeyir Hacıbəyovun ərsəyə gətirdiyi «Çırpınırdı Qara dəniz» əsərinə növbəti klip və sənədli film çəkilir. Asiya Dialoqu İctimai Birliyinin (ADİB) təşkilatçılığı ilə hazırlanan klip yaxın həftələrdə, Əhməd Cavad, Üzeyir Hacıbəyov və Bakının işğaldan qurtulmasında əvəzsiz rol oynamış türk hərb adamı Nuru Paşaya həsr edilən sənədli film isə yaxın aylarda Türkiyə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaq. Məlumatı «Media forum»a ADİB və Qafqaz Media Mərkəzinin icraçı direktoru, layihənin Azərbaycan üzrə koordinatoru Könül Şamilqızı verib. Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyinin elan etdiyi Nuru Paşa hərəkatının 90-cı ildönümü tədbirləri çərçivəsində Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın mənəvi dəstəyilə həyata keçirilməkdə olan layihənin birinci mərhələsi artıq başa çatmaq üzrədir. ADİB, Qafqaz Media Mərkəzi, Qara Dəniz Qeyri-Hökumət Təşkilatları Konfederasiyası və Safranbolu Bələdiyyəsinin bu ortaq çalışmasını Türkiyənin türk dövlətləri üzrə dövlət naziri Sait Yazıcıoğlu və Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıc yaxından dəstəkləyir. Türk Ocaqları Başqanı Nuri Gürgür, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru Sərdar Fərəcov, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, tarixçi alim, millət vəkili Cəmil Həsənli, Memar Sinan Universitetinin professoru Tofiq İsmayıl isə layihəyə elmi dəstək veriblər. «Çırpınırdı Qara Dəniz» klipinin çəkilişlərini «Sepron» firması Safranbolu qəsəbəsində gerçəkləşdirib. Klipin və sənədli filmin ssenari müəllifləri Türkiyənin ən məşhur ssenari yazarlarından olan Ömər Lütfü Mete və ADİB sədri, Azərbaycanın məşhur jurnalisti Sevil Nuriyevadır. Layihənin komitə rəhbəri Karabük Dərnəklər Federasiyası Başkanı Cevdət Akay, yapımçısı Qara Dəniz QHT-ləri Konfederasiyasının koordinatoru Arif Ekşi, rejissoru isə Aşkın Sağıroğludur. K.Şamilqızının sözlərinə görə, iyunun 22-də Safranbolunun «Cinci Han» hötelində keçirilən mətbuat konfransı ilə klip və sənədli filmin çəkilişlərinin başladığı mətbuata duyurulub. Türkiyənin media orqanlarının maraqla izlədiyi mətbuat konfransını layihənin konsepsiya müəllifi Əli Çankaya açaraq Türkiyə və Azərbaycan insanının dostluğundan danışıb. Birinci dünya müharibəsi, daha sonra İstiqlal savaşı dönəmində Azərbaycan türklərinin qardaş ölkəyə yardımlarını, 1918-ci ildə Azərbaycanın rus və erməni soyqırımı ilə üzləşdiyi zamansa Ənvər Paşanın, Nuru Paşanın öndərliyində Osmanlı türklərinin göstərdiyi qəhrəmanlıqları xatırladan Ə.Çankaya «Çırpınırdı Qara dəniz»in bu dostluğun, qardaşlığın ortaq məhsulu olduğunu söyləyib. «Çırpınırdı Qara dəniz» əsərinə yeni nəfəs verən və unutdurulmağa çalışılan bu əsəri yeni nəslin hitinə cevirən, onu Türkiyədə və Azərbaycanda kifayət qədər məşhurlaşdırmağı bacaran müğənni Azərin isə Əhməd Cavad, Üzeyir Hacıbəyov və Nuru Paşanın ruhunun şad olduğuna inandığını və bundan böyük məmnunluq duyduğunu söyləyib. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar