Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

21.05.2022, 09:59

2019-cu ilin noyabr etirazlarında həbs edilən və hal-hazırda Tehran zindanında saxlanılan siyasi məhbus Vəhid Baqirinin durumu ağırlaşıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə açıqlama verən məhbusun qardaşı 12 gündür aclıq aksiyası keçirən qardaşının həyatının təhlükədə olduğunu deyib.

“Vəhid 12 gündür aclıq aksiyası keçirir. Durumu ağırlaşıb və hərəkət edə bilmir. Onu vilçerlə zindanın tibb məntəqəsinə aparıblar, ancaq heç bir müalicə və yardım etçədən kamerasına qaytarılıb”-deyə, Rəsul Baqiri bildirib.

O, işgəncə altında qardaşına qarşı məcburi ifadələr verən bir neçə nəfərin dediklərindən sonra Vəhid Baqiriyə qarşı heç bir faktın olmamasına baxmayaraq, onun girov qarşılığında sərbəst buraxılmasına icazə verilmədiyini deyib.

Vəhid Baqiri aclıq aksiyasının ikinci günündə durumu ilə bağlı etdiyi müraciətdə barəsində ədalətli məhkəmə keçirilməyəcəyi zamana kimi aclıq aksiyasını davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Vəhid Baqiri 2019-cu ilin noyabr ayında yanacağın kəskin bahalaşmasına qarşı başlayan kütləvi etirazlara qatıldığına görə saxlanılıb.

Tehranın İnqilab Məhkəməsinin 28-ci bölməsi onun barəsində “hökumətə qarşı əlbir olmaq və təbliğat” ittihamı irəli sürüb və 6 il azadlıqdan məhrum edib. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İstanbulda israillilərə hücumla bağlı 4 iranlı şübhəli həbs edilib

2022-06-30

gun az article

Taliban silahlılarının İran sərhədçisini öldürməsinin görüntüləri yayılıb-VİDEO

2022-06-29

gun az article

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edib

2022-06-29

gun az article

Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

2022-06-29

gun az article

İran məhkəməsi fransalı turisti uzun illik həbs cəzasına məhkum etdi

2022-06-29

gun az article

Azərbaycan və Türkmənistan prezidentləri Aşqabadda görüşüb-FOTO

2022-06-29

gun az article

"Böyük yeddilik"dən çağırış: "İran Ukrayna təyyarəsini vurduğuna görə cavab verməlidir"

2022-06-29

gun az article

Madriddə NATO-nun sammiti başlayıb

2022-06-29

gun az article

İranda yoxsulluq üzündən dağılan ailələrin sayı durmadan artır

2022-06-29

gun az article

Tehran dünya üzrə alıcılıq qabiliyyətinin ən aşağı olduğu şəhərlərdəndir

2022-06-29

gun az article

Prezident İlham Əliyev Türkmənistana səfərə gedib

2022-06-29

gun az article

Tehranda neftayırma zavodunun işçiləri tətil aksiyası keçirir

2022-06-29

gun az article

Əli Xameneyi kiberməkana qarşı sərt tədbirlər görməyə çağırıb

2022-06-29

gun az article

ABŞ Minsk Qrupuna qadın həmsədr təyin etdi

2022-06-29

gun az article

Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək

2022-06-29

gun az article

Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

2022-06-29

gun az article

MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

2022-06-29

gun az article

İranda qətldə suçlandırılan daha bir məhkum edam edilib

2022-06-29

gun az article

Dohada İran-Amerika danışıqları başlayıb

2022-06-29

gun az article

"İran heç vaxt nüvə silahı əldə etməməlidir"-"Böyük yeddilik"

2022-06-29