CNN İranın orta mənzilli yeni raket sınaqdan keçirdiyi barədə məlumat yayıb- FOTO

26.07.2019, 09:11

GünAz TV: CNN telekanalı amerikalı rəsmilərdən birinə istinadən İranın cari həftədə yeni orta mənzilli ballistik raket sınağı həyata keçirdiyi barədə məlumat dərc edib.

 

ABŞ Müfafiə Nazirliyi- Pentaqona istinadən yayılan xəbərdə bildirilir ki, iyulun 24-də sınağı keçirilən raket 1000 kilometrlik məsafə qət edib.

 

Adının açıqlanmasını istəməyən amerikalı rəsminin telekanala dediyinə görə, Şahab 3 də daxil olmaqla, İran raketləri ABŞ gəmiləri və bazalarına qarşı təhdid hesab edilmir. Lakin son raket sınağı göstərir ki, İran raketlərinin mənzilini və dəqiqliyini artırmağa cəhd göstərir.

 

 

“Fox News” telekanalı da adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən birinə istinadən eyni mövzuda xəbər yayıb. Həmin rəsmi ölkəsinin İranın 24 iyunda orta mənzilli raket sınağı həyata keçirdiyindən məlumatlı olduğunu deyib.

 

Raket sınağı son həftələr ərzində körfəzdə İranla Qərb ölkələri arasında gərginliyin şiddətlənməsiylə eyni zamana təsadüf edir.

 

Körfəz və Oman dənizində ümumilikdə 6 ticari gəmiyə edilmiş hücumlardan sonra “Sepah” terror təşkilatı iyunun 20-də ABŞ-a məxsus xələbansız uçan təyyarə vurduğu barədə məlumat yaymışdı. Bundan bir neçə gün sonra ABŞ cavab tədbiri olaraq Hörmüz boğazında İrana məxsus PUA vurduğunu bəyan etmişdi.

 

Eyni zamanda, ötən həftənin cümə günü “Sepah”ın Britaniyaya məxsus gəmini saxlamasıyla, rəsmi Tehran və London arasında da gərginliklər pik həddə çatıb. Bunun ardınca İngiltərə Avropa ölkələrinə öz gəmilərini İranın təxribatçı addımları və dəniz quldurluğundan qorumaq üçün körfəzdə müştərək hərbi dəniz qüvvələri yaratmağı təklif etmişdi. Eləcə də, iyulun 25-də Britaniya Müdafiə Nazirliyi bu ölkəyə məxsus gəmilərin körfəzdən və Hörmüz boğazından keçən zaman hərbi gəmilərlə müşayiət olunacağını bildirib.

 

Xatırladaq ki, Donald Tramp administrasiyası 2018-ci ildə nüvə razılaşmasından çıxmağının əsas səbəblərindən birinin İranın ballistik raket proqramı olduğunu deyir. Rəsmi Vaşinqton İranın raket proqramının BMT qətnamələrini pozduğunu bəyan edir.

 

 

İranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnamədə də bu xüsusa yer verilib. Qətnamə İranın nüvə başlıq daşıya bilən ballistik raket istehsalı ilə bağlı bütün növ fəaliyyətlərini qadağan edir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycan əyalətində onlarla kəndin yolu bağlanıb

2022-01-28

gun az article

Zənganda dəmir yolu işçiləri tətilə başlayacaq-4 aydır onların əmək haqqı verilmir

2022-01-28

gun az article

Sərəskənddə inşasına 15 il bundan öncə başlanan “Səhənd” su bəndinin tikintisi yarımçıq qalıb

2022-01-28

gun az article

Qəzvinin sement zavodunda güclü yanğın -VİDEO

2022-01-28

gun az article

Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

2022-01-28

gun az article

Ərdəbildə yolların açılması üçün texnika çatışmır

2022-01-28

gun az article

Qərbi Azərbaycanda kənd adı kürdləşdirilib

2022-01-28

gun az article

İranın dövlət televiziyasına kiber hücum edilib

2022-01-28

gun az article

Əlirza Fərşi “Bina” xəstəxanasına aparılıb: Milli fəal gözündən əməliyyat olunub

2022-01-28

gun az article

Təbrizdə türk dilində "Koroğlu" tamaşası səhnəyə qoyulub

2022-01-28

gun az article

Güney azərbaycanlı dəmir yolu işçiləri tətil aksiyasına başlayır

2022-01-27

gun az article

Qərbi Azərbaycanda istehsal müəssisələrinin çoxu fəaliyyətini dayandırıb

2022-01-27

gun az article

Urmu zindanında iki nəfər edam edilib

2022-01-27

gun az article

Ərdəbil əyalətinin su və kanalizasiya xətləri köhnədir

2022-01-27

gun az article

Məlikanda bir neçə hökumət məmuruna qarşı cinayət işi açılıb

2022-01-27

gun az article

Şərqi Azərbaycanda koronovirusun yeni ştammına yoluxanlar çoxalıb-Ölənlər var

2022-01-27

gun az article

Ərdəbildə yolların bağlı olması yeniyetmənin ölümünə səbəb oldu

2022-01-27

gun az article

Urmu gölünün sahəsi dahada kiçilib

2022-01-27

gun az article

Xoy zindanında saxlanılan milli fəal sərbəst buraxılıb

2022-01-27

gun az article

Qərbi Azərbaycanda 6 tarixi abidə milli əsərlər siyahısına salındı

2022-01-26