Co Bayden: “Amerika İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək”

2021-02-08 13:49

Amerika prezidenti Co Bayden fevralın 7-də CBC telekanalına müsahibəsində ölkəsinin yeni nüvə danışıqlarına başlamaq üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcəyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Bayden CBC telekanalı müxbirinin “İranın danışıqlar masasına qayıtması üçün Tehrana qarşı tətbiq edilən sanksiyaları ləğv edəcəksinizmi” sualına “yox” cavabı verib: “Amerika İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. İran hər şeydən əvvəl uranı zənginləşdirməklə bağlı fəaliyyətini dayandırmalı, nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, -deyə prezident Bayden əlavə edib. 


Qeyd edək ki, Bayden hökuməti bundan əvvəl dəfələrlə bildirib ki, əgər İran nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, o Amerikanı yenidən sazişə qaytaracaq. 


Xatırladaq ki, İranın “dini lider”i Əli Xamneyi fevralın 7-də ordunun hava qüvvələrinin komandirləri ilə görüşündə ölkəsinin nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası üçün əvvəlki şərtini təkrarlayıb.

Картинки по запросу "علی خامنه‌ای"

İranın "dini lider"i axund Əli Xamneyi

 
O deyib ki, hər şeydən əvvəl Amerikanın İrana qarşı tətbiq etdiyi bütün sanksiyalar ləğv olunmalıdır: “Amerikalılarla avropalıların bizə şərt qoymağa haqqı yoxdur. Çünki onlar nüvə razılaşması ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozublar.


Şərt qoymağa haqqı çatan tərəf isə İran İslam Respublikasıdır. Çünki indiyə qədər saziş əsasında üzərinə götürdüyü öhdəliklərə əməl edib. Biz yalnız Amerika bizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi təqdirdə nüvə sazişi əsasında üzərimizə götürdüyümüz öhdəliklərin icrasına qayıdacağıq. 


Amerika bütün sanksiyaları sözdə və ya kağız üzərində yox, əməldə ləğv etməli və onun bu addımının doğruluğu öz təsdiqini tapmalıdır. Bu, İran İslam Respublikasının qəti və dönməz siyasətidir və heç kəs bu siyasətdən yayına bilməz”, -deyə Xamneyi bildirib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

2021-05-13

gun az article

Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

2021-05-13

gun az article

İranda koronavirusdan daha 297 nəfər vəfat edib: Ölənlərin sayı 76 000 nəfəri keçib– RƏSMİ STATİSTİKA

2021-05-13

gun az article

Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13

gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13

gun az article

29 ildən sonra Şuşada musiqi bayramı: Qaladan dünyaya verilən mesajlar

2021-05-13

gun az article

İran prezidentliyinə namizəd Qarabağdan danışdı

2021-05-13

gun az article

Ermənilər general Muradovdan şikayətləndi – Sülhməramlılara yeni rəhbər təyin olundu

2021-05-13

gun az article

Ceyhun Bayramov: "Ölkəmizə və dünyamıza sülh, sağlamlıq, bərəkət arzulayıram"

2021-05-13

gun az article

BMT Baş katibi İsrail-Fələstin münaqişəsilə bağlı tərəflərə çağırış edib

2021-05-13

gun az article

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

2021-05-13

gun az article

Şuşada bayram namazı qılınıb-VİDEO

2021-05-13

gun az article

Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib-FOTO

2021-05-13

gun az article

İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Mehriban Əliyeva növbəti paylaşım edib: Şuşada atəşfəşanlıq olub

2021-05-12

gun az article

Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib

2021-05-12

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 13 nəfər vəfat edib

2021-05-12

gun az article

Korotçenko: "Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı"

2021-05-12