ABŞ prezidenti Co Bayden fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında çıxış edərək İranın nüvə proqramının danışıqlar yolu həll olunmasından və ölkəsinin bununla bağlı 5+1 qrupu ilə əməkdaşlığa hazır olmasından danışıb.
Gunaz.tv
Konfransa online şəkildə qatılan Bayden çıxışında deyib ki, Vaşinqton İranın nüvə proqramı haqqında 5+1 qrupuna üzv ölkələrlə müzakirə aparmaq niyyətindədir: “Biz, İranın nüvə proqramı xüsusunda yenidən 5+1 qrupu ilə qarşılıqlı əlaqəyə girməyə və bu məsələ barədə müzakirə aparmağa hazırıq.
Hesab edirik ki, biz həm də İranın Orta Şərq regionunda apardığı dağıdıcı fəaliyyətlərini də araşdırmalıyıq. Biz bu xüsusda avropalı müttəfiqlərimizlə və digər tərəfdaşlarımızla əməkdaşlıq etməyə hazırıq”, -deyə Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden online şəkildə qatıldığı Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında bəyan edib.
Xatırladaq ki, Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays fevralın 18-də mediaya açıqlamasında Vaşinqtonun AB-nin İranın nüvə probleminin diplomatik yollarla həlli istiqamətində 5+1 qurupunun rəsmi Tehranla keçirmək istədiyi toplantısında iştirak etmk üçün dəvətini qəbul etdiyini bidirmişdi.
A.M