Co Bayden: “İranla müzakirələrin aparılması çox çətin olacaq”

2020-12-04 15:06

Amerika prezidenti seçilmiş Co Bayden dekabrın 3-də CNN telekanalına müsahibəsində İranın nüvə və raket proqramından və hökumətinin rəsmi Tehranla aparacağı müzakirələrdən danışıb.

Gunaz.tv Quote | Gunaz article

ABŞ-ın indiki prezidenti Donald Trampın xarici siyasətini tənqid edən Bayden deyib ki, onun fikrincə İranla ölkəsi arasındakı ixtilafların həlli çox mürəkkəb bir prosesdir və bunun üçün o Avropanın dəstəyini qazanmağa çalışacaq: “Tramp yeni bir razılaşmanın əldə olunması üçün nüvə sazişindən çıxdı. Lakin heç nə əldə edə bilmədi. Nəticəsi də bu oldu ki, iranlılar nüvə qabiliyyətlərini yüksəltdilər və hazırda nüvə silahına yiyələnmək üçün lazım olan imkan və gücə çatmağa çalışırlar.


Lakin aydın məsələdir ki, biz İranın nüvə silahına yiyələnməsinə imkan verə bilmərik və verməyəcəyik də. Bundan başqa İranın raket proqramı məsələsi də var və mən hesab edirəm ki, bütün bu problemlərin aradan qaldırılması, o cümlədən də İranla bu mövzular barədə müzakirələrin aparılması çox çətin olacaq. 


Təsəvvür edirəm ki, biz təkbaşına bunu irəli apara bilməyəcəyik. Elə buna görə də hesab edirəm ki, biz təkcə İran məsələsində yox, həm də Rusiya, Çin və digər məsələlərin həllində də daha böyük bir qrupun bir hissəsi olmalıyıq. Məhz buna görə də düşünürəm ki, bu işdə Avropanın bizim yanımızda olması vacibdir” –deyə, Amerika prezidenti seçilmiş Co Bayden CNN telekanalına müsahibəsində bildirib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04

gun az article

Ned Prays: “Amerika Vyanada İranla apardığı dolayısı danışıqların 7-ci mərhələsini başlamağa hazırdır”

2021-08-04

gun az article

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb-VİDEO

2021-08-04

gun az article

Səudiyyə rəsmisi: “İran regionda öz mənfi hərəkətləri ilə daha da cəsarətlənib”

2021-08-04

gun az article

“Rus ordusu Qarabağda daimi qalmalıdır” – Araik Arutunyan

2021-08-04

gun az article

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb

2021-08-04