SON XƏBƏRLƏR

Con Bolton: “İrana qarşı bundan da geniş sanksiyalar tətbiq ediləcək”

2021.10.20, 07:36
Con Bolton: “İrana qarşı bundan da geniş sanksiyalar tətbiq ediləcək”

Gunaz.tv

 GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, noyabrın 5-də jurnalistlərə açıqlamasında Vaşinqtonun İrana qarşı sanksiyalarından danışıb.

 

Tramp hökumətinin İrana qarşı tətbiqinə başladığı sanksiyaların detallarını açıqlayan Bolton bildirib ki, Vaşinqton rəsmi Tehrana qarşı sanksiyaları daha da genişləndirməyi planlaşdırılır: “Qarşıdan yeni  və daha ağır sanksiyalar gəlir. Biz, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın İrana qarşı tətbiq etdiyi sanksiyalar səviyyəsi ilə razılaşmayacaq, hazırkı sansiyalarla kifayətlənməyəcəyik.  Biz, hazırkı qadağaları daha da genişləndirəcəyik”.

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq Amerikanın İrana qarşı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

Yeni sanksiyalarla bağlı noyabrın 2-də jurnalistlərə amçıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, sanksiyaların yeni mərhələsində 700-dən çox fiziki və hüquqi şəxsin adları, Amerikanın İrana qarşı sanksiyalar siyahısına salınıb.

 

ABŞ maliyyə naziri Stiven Mnuçin

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar