Con Kerri: “Biz İrana qarşı təzyiqləri davam etdirməliyik”

2017-01-06 12:55

GünAzTV: Yanvarın 5-də ABŞ dövlət katibi Con Kerri, vəzifə müddətinin başa çatması ərəfəsində Obama hökumətinin 8 illik fəaliyyəti və İranın nüvə fəaliyyətini danışıqlar yolu ilə dayandırmaq üçün gördüyü işlər barədə hesabat yayıb.

 

Kerri bildirib ki, onun başçılıq etdiyi Dövlət Departamenti, dünyanın aparıcı dövlətlərini, o cümlədən də Rusiya və Çini səfərbər edərək, İranı danışıqlar masasına gətirməkdə və bu ölkənin nüvə fəaliyyətinin dinc yollarla beynəlxalq nəzarətə götürülməsində böyük nailiyyətlər əldə edib: “Nüvə sazişindən əvvəl, İran 90 gün ərzində bir atom bombasını istehsal etmək üçün lazımi material və avadanlığı əldə edə bilərdi. Halbuki hazırda bunun üçün ən azı bir il vaxt lazımdır. Bundan başqa biz İranın nüvə fəaliyyətində şəffaflığın təmin olunması istiqamətində də uğurlar əldə etmişik. Bu nailiyyətlər, bizə bu imkanı verir ki, İranın üzərinə götürdüyü öhdəliklərə əməl edib-etmədiyindən tez xəbər tutaq və ona lazımi reaksiyanı vaxtında verək.

 

Amerika bilmək istəyirdi ki, hər hansı bir müharibə başlatdırmadan, sanksiyaları gücləndirməklə İranı danışıqlar masasına gəlməyə vadar edə bilər, yoxsa yox. Nəhayət buna da nail oldu. Belə ki, 2 il yarım bir müddətdə İranla yüksək səviyyələrdə əlaqə saxlayaraq və Avropa Birliyi ilə Böyük Britaniyanı, Fransanı, Almaniyanı, Rusiyanı və Çini bu işə cəlb edərək İranı nüvə sazişini qəbul etməyə qane edə bildi. Bununla da əldə edilən bu sazişlə, İranın nüvə silahları istehsal etməsinin bütün yolları bağlandı.

 

İran hökumətinə və onunla münasibətlərə gəlincə, biz daha fərqli bir gələcəyin yolunu açmağa hazırıq. Lakin bunun üçün İranın da belə bir dəyişikliyə təmayülünü göstərməsini gözləyirik. Təəssüflər olsun ki, bizim İranla münasibətlərimizdəki gərginlik və çaxnaşma hələ də davam edir. Elə buna görə də hesab edirəm ki, biz İrana qarşı təzyiqləri davam etdirməli, onun raket proqramını inkişaf etdirməsinin, beynəlxalq terrorizmə dəstəyinin, insan haqlarını pozmasının və qonşu ölkələrinin daxili işlərinə müdaxiləsinin qarşısını almalıyıq”.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı ortaq fikrə gələ bilmədi

2021-05-18

gun az article

Ceyhun Bayramovla Türk Şurasının Baş katibi arasında telefon danışığı olub

2021-05-19

gun az article

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

2021-05-18

gun az article

Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

2021-05-18

gun az article

İlham Əliyev: "Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir"

2021-05-18

gun az article

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

2021-05-18

gun az article

İranlı deputatlar: “Əgər bütün sanksiyalar 100% aradan qaldırılmasa, demək ki, heç bir sansiya ləğv edilməyib”

2021-05-18

gun az article

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə aksiya keçirib

2021-05-18

gun az article

Gəncə teatrının 100 yaşı tamam olur      

2021-05-18

gun az article

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18

gun az article

Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

2021-05-18

gun az article

Dmanisidə barışıq əldə edilib

2021-05-18

gun az article

Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18

gun az article

İranın Əhvaz və Mahşəhr şəhərlərində 16 ərəb fəalı həbs edilib

2021-05-18

gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi fəal prezident seçkiləri ilə bağlı xalqa müraciət etdi

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18