SON XƏBƏRLƏR

Cozef Bayden təhlükəli namizəddir

2021.10.20, 07:36
Cozef Bayden təhlükəli namizəddir

Gunaz.tv
Cozef Bayden təhlükəli namizəddir Zeyno Baran: "O, Kıbrıs və Ermənistan məsələsində Türkiyə üçün problemli vitse-prezident olacaq". Ötən şənbə ABŞ-ın şimal şərqində yerləşən İllinoys ştatında Demokratlar Partiyasının prezidentliyə namizədi Barak Obama vitse- prezidentliyə Cozef Baydenin namizədliyini irəli sürüb. Demokrat Partiyasının qurultayı isə həm Barak Obamanın prezidentliyə, həm də Cozef Baydenin vitse prezidentliyə namizədliyini təsdiqləmədidir. "Frans press"in məlumatına görə, seçicilərinin qarşısında çıxış edən Barak Obama deyib: "Mən əvvəldən prezidenti əvəz etməyə hazır olan lider axtarırdım. Bu gün Sprinqfildə ona görə gəlmişəm ki, belə bir lideri tapdığımı sizə deyim. Cozef Baydan az saylı adamlardan biridir ki, Vaşinqton onu dəyişə bilməyib, əvəzində o, Vaşinqtonu dəyişib. Bundan başqa, o, xarici siyasət üzrə ekspertdir və orta təbəqəninin ehtiyaclarının ödənməsi üçün ciddi surətdə çalışır". Otuz beş min mitinq iştirakçısının qarşısına çıxan Con Bayden respublikaçı namizəd Con Makkeyni tənqid edib, onu aşağı və orta təbəqəninin maraqlarını müdafiə etmədiyini bildirib. Con Baydenin vitse-prezidentliyə namizədliyi Türkiyədə narahatçılıqla qarşılanıb. Türk mətbuatı bildirir ki, Barak Obama prezident seçilərsə, Cozef Baydenin vitse-spikerliyi Türkiyə üçün sıxıntılı olacaq. Xatırladaq ki, ötən illərdə qondarma soyqırım haqqında qanun layihəsi ən əvvəl ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində mürakirə olunub, həmin komitənin sədri isə Cozef Bayden idi. Türkiyənin, ABŞ hökumətinin təzyiqi ilə layi Konqresin müzakirəsinə çıxarılmasa da, daim "Domokl qılıncı" kimi göydən asılıb. Vaşinqton İnstitutunun Türkiyə Layihəsinin direktoru və Bağçaşəhər Universitetinin qonaq üzvü Soner Cağaptayın sözlərinə görə Cozef Baydenin razı salınması çox çətindir: "Cozef Bayden illərdir ki, Xarici Əlaqələr Komitəsinin üzvü və sədri olduğu üçün xarici siyasət kursunu müəyyənləşdirir və xarici siyasət məsələsində biliyinin kifayət qdər olduğunu düşünür". Mütəxəssisin sözlərinə görə, Barak Obama seçilərsə, ABŞ-ın xarici siyasət kursunun necə olacağını Cozef Baydeninin xarici siyasət haqqında çıxışlarına diqqət yetirmək lazımdır. Hudson İnstitutunun Avrasiya məsələləri üzrə mütəxəssisi Zeyno Barana görə, Rusiya-Gürcüstan müharibəsi Barak Obamanın xarici siyasətdə bacarıqsızlığını göstərdi. Buna görə də Cozef Bayden ötən həftə sonunu Gürcüstanda keçirdi, işğala məruz qalan ölkəyə 1 milyard dollarlı büdcə ayrılması təklifini irəli sürdü və bu məsələdə rəsmi Vaşinqtonu qabaqladı: "Amma Cozef Bayden Kıbrıs və Ermənistan məsələsində Türkiyə üçün problemli vitse-prezident olacağının işarəsini verib". Zeyno Baran "Cozef Bayden Barak Obama ilə müqayisədə çox sərt mövqeyi olan, buna görə də seçki dövründə və sonrakı mərhələdə də diplomatik böhranlara yol aça biləcək bir vitse-prezident olacaq". Maraqlıdır ki, Barak Obamanın vitse-prezidentliyə Cozef Baydenin namizədliyini irəli sürməsini ABŞ yəhudilərini və İsraili narahat edib. İsraildə nəşr olunan "Haaretz" qəzetində dünən yazılan şərhə görə, Cozef Bayden İsraili dəstəkləməsinə baxmayaraq o, Orta Şərq məsələsində İsrailin istədiyi ideal bir tərəfdaş deyil. Xüsusən İran məsələsində Baydenin fikirləri təhlükəli sayılır. Çünki Cozef Bayden İranın izolyasiya edilməsinin nüvə böhranını çözməyə kömək etməyəcəyini dəfələrlə bəyanlayıb, hətta Tehranın ehtiyaclarına diqqqət yanaşılması barədə söylədikləri unudulmayıb. Bu məsələdə tək təskinlik isə Baydenin "nüvə İranı qəbul edilə bilməz" sözləridir. "Haaretz" respublikaçı Yəhudi Koalisiyasının bəyanatına da yer verib. Qəzet koalisiyanın rəhbəri Matthew Brooksun bu sözlərinə yer verib: "Baydenin vitse-prezidentliyə namizədliyinin irəli sürülməsiylə demokrat bileti yəhudi cəmiyyəti üçün daha böyük qumar halına gəldi. Bayden karyerası boyunca İran məsələsində daim yanlışlıq içində olub və İsraili maraqlandıran səsvermələrdə tutarsız davranış sərgiləyib. O da Barak Obama kimi İranın nüvə silahı əldə etmək cəhdlərini təməldən yanlış qiymətləndirir. Bundan başqa, Cozef Bayden İranın nüvə silahı əldə etməyə çalışmasını çətinləşdirəcək bir qanun layihəsinə də qarşı çıxmışdı. Bayden Orta Şərqdə İranın İsrail, ABŞ və onun müttəfiqləri üçün nə qədər böyük bir təhdid yaratdığını anlamaqda bacarıqsız olub". Qəribədir ki, Milli Yəhudi Şurası fərqli bir mövqe ortaya qoyaraq Cozef Baydenin sağlam bir İsrail tərəfdaşı, böyük yəhudi dostu olduğunu açıqlayıb. Demokrat Partiyasının vitse prezidentliyə namizədinin Cozef Baydenin olacağı məlum olandan sonra "Time" jurnalı ABŞ tarixinə ilginc tərəfləriylə düşən vitse prezidentlərin şəkillərini və barələrində məlumatları dərc edib. Yazıda xəzinə nazirini öldürən Aaron Burr, vitse- prezident olmaq üçün hər iki prezidentliyə namizədi dəstəkləyən və məqsədinə çatan John C. Calhoun, ingiliscə, kartof sözünü yaza bilməyən Dan Quayle, rüşvət almaqda günahlandırılan, amma aldığı tək hədiyyənin "Checkers" adlı köpək olduğunu, onu heç kəsə verməyəcəyini deyən Richard M. Nixon və başqaları haqqında məlumat verilir. "Time" bildirir ki, vitse-prezident Hannibal Hamlin seçilənədək Avraham Linkolnla heç zaman görüşməyib. George W. Bush dövrünün vitse prezident Dan Quayle isə hakimiyyətdə olduğu illərdə "potates" qalmaqalıyla yadda qalıb. Bir məktəbə gedən Dan Quayle məktəblilərdən birinə ingiliscə "kartof" yazmasını istəyib. Şagird yazı taxtasına, ingiliscə "potato" yazanda Dan Quayle "sonuna bir "e" hərfi qoymalısan" diyərək onun səhvini "düzəldib", bununla da tarixə düşüb. Kartof sözünün həqiqətən də ingiliscə "potato" yazılması Quayleni unudulmaz vitse- prezident namizədlərindən birinə çevirib. Cozef Baydenin "erməni soyqırımını" dəstəkləyən vitse-prezident olması isə gözləniləndir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar