SON XƏBƏRLƏR

Cozef Borel: "Avropa İrana koronavirusla mübarizə üçün 20 milyon avro kömək edəcək"

2021.10.20, 07:36
Cozef Borel: "Avropa İrana koronavirusla mübarizə üçün 20 milyon avro kömək edəcək"

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel təmsil etdiyi qurumun İrana koronavirusla mübarizə üçün 20 milyon avro kömək edəcəyini deyib.

 

Pulun İrana gələn həftələr ərzində veriləcəyini deyən diplomat həmçinin qeyd edib ki, Aİ rəsmi Tehranın Beynəlxalq Valyuta Fonduna kreditlə bağlı etdiyi müraciəti dəstəkləmək istəyir.

 

İran bir müddət öncə Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar kredit istəsə də, qurum hələ ki, bu müraciətə cavab verməyib.

 

Xatırladaq ki, martın əvvəllərində İrana koronavirusla mübarizə üçün Azərbaycan Respublikası 5 milyon dollar, İngiltərə, Fransa və Almaniya isə 5 milyon avro kömək edib.

 

Əli Xamneyiyə məxsus fondlar və böyük bizneslərin 90 milyard dollardan çox büdcələri olsa da, o, xəstəliyin ölkəni bürüdüyü bir zamanda şəxsi vəsaitlərindən xalqı qorumaq üçün dövlətə heç bir kömək ayırmayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar