SON XƏBƏRLƏR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor təyin olunub

2021.11.23, 14:01
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor təyin olunub

Gunaz.tv

İclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb.

Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək, A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

619cc8881ae37619cc8881ae381637664904619cc8881ae34619cc8881ae351637665211.jpeg

Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olub, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, 2012-ci ildə Azərbaycan Dillər Universitetinin müvafiq ixtisas üzrə magistratura pilləsini, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini bitirib.

2010-cu ildən başlayaraq Azərbaycan Dillər Universitetində prorektor köməkçisi, 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi ofisində baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-ci

ildən bu günədək isə TƏBİB-də İctimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib. 2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar