SON XƏBƏRLƏR

İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

2022.05.24, 13:46
İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

Gunaz.tv

Kərəc şəhər məhkəməsinin Qərarların İcrası Şöbəsindən onun Zənganda sürgün müddətinin 2 ildən 2 il 8 aya çoxaldıldığını bildiriblər.

Bildirişdə Beygdelinin cəzası ilə bağlı Məhkəmə Qərarların İcrası Şöbəsinə getməkdən imtina ilə bağlı əlavə cəza olaraq tətbiq edildiyi qeyd olunub.

Qeyd edək ki, Ruqəyyə Beygdeli 2020-ci il yanvarın 8-də “Sepah”ın Ukrayna sərnişin təyyarəsini vurduğuna qarşı başlayan kütləvi etirazlara qatıldığına görə, 11 yanvarda Kərəcdə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, saxlanılma zamanı döyüldüyü və baş nahiyəsindən zərbə aldığı üçün xəstəxanaya köçürülüb və bir gün sonra təhlükəsizlik idarəsinin təcridxanasına aparılıb və 10 gün dindirildikdən sonra 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

İctimai fəal iyul ayında mühakimə olunaraq “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət”, “iğtişaş yaratmaq və vətəndaşları qırqın törətmək məqsədilə üsyana çağırmaq” kimi ittihamlarla 5 il şərti həbs və 2 il sürgün cəzasına məhkum edilib.

İctimai fəal Ruqəyyə Beygdeli Məhəmmədəli qızı əslən Güney Azərbaycan türklərindəndir və Kərəc şəhərində yaşayır. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar