SON XƏBƏRLƏR

İctimai iştirakçılığın fəalları təltif olunublar-FOTOLAR

2022.11.19, 12:14
İctimai iştirakçılığın fəalları təltif olunublar-FOTOLAR

Gunaz.tv

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxışında bildirib ki, şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı vətəndaş iştirakçılığının təmin edilməsi üçün vacib alətlərdəndir.

1668857868_e26394f3889b488f8bf1223d55d6e3ce1811202235287.jpg

Cəsarət Hüseynzadə deyib ki, mərkəzi icra hakimiyyəti orqanları ictimai iştirakçılıq şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı parametrləri üzrə monitorinqə cəlb olunub.
Ümumilikdə 23 dövlət qurumunun fəaliyyəti elektron resurslardan monitorinq edilib. Monitorinqin nəticələri ilə bağlı müvafiq təkliflər hazırlanaraq həmin qurumlara təqdim olunacaq.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, son 2 il ərzində ictimai iştirakçılığın təmin edilməsi istiqamətində ciddi addımlar atılıb. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, ictimai şuraların sayı əhəmiyyətli dərəcədə artıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd edib ki, qurum ictimai iştirakçılığın inkişafı məqsədi ilə ilkin mərhələdə görüşlər, daha sonra isə “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlər keçirib. 

Agentlik eyni zamanda, bu istiqamət üzrə QHT-lərin layihələrini də maliyyələşdirir.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, Elm və Təhsil Nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində ictimai iştirakçılığın rolundan və təmsil etdikləri qurumlarda ictimai iştirakçılıq təmin edilməsi istiqamətində görülən fəaliyyətlərdən danışıblar.
 
Tədbirin sonunda təltifetmə olub.

1668857844_146b04f9dcac4d2593d65194f0d3f9b51811202235124.jpg
 
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın sədri, QHT-lərə Dövlət Dəstəyi 

1668857856_43463a6c2e2f4cc8876588234d9b119c18112022353977-kopiya.jpg

Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri Siruz Abasbəyli , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və MG CONSULTING şirkəti “İctimai iştirakçılığın təmin edilməsində aktiv fəaliyyətə görə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunublar.

“İctimai iştirakçılığın təşviqi sahəsində fəal maarifləndirmə fəaliyyətinə görə” AzTV və İctimai TV-yə də Fəxri Fərman verilib.

“Yerli səviyyədə ictimai iştirakçılığın səmərəli təşkilinə görə” Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şura və Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şura da təltif olunanlar sırasında olub. (modern)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar