SON XƏBƏRLƏR

Qondarma adlar Urmu xəritəsindən silinib

2022.09.07, 09:08
Qondarma adlar Urmu xəritəsindən silinib

Gunaz.tv

Bir neçə gün bundan öncə Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərində fəaliyyət göstərən "Maksim" taksi xidmətləri şirkəti xəritəsində Urmu şəhərinin adını təhrif edərək suryani kürdcəsinə uyğun "Vərmi" kimi qeyd etmişdi.

Bununla yanaşı "google map"-da məşhur "Kazımxan daşı"nı "Simitko daşı" kimi qeyd olunmuşdu.

Sosial media istifadəçiləri Azərbaycan adlarının təhrif edilməsinə etiraz etdikdən sonra Urmu bələdiyyəsinin taksilərə nəzarət şöbəsinin rəisi Tohid Rəvanbəxş Azər məsələ ilə bağlı məhkəməyə şikayət ediləcəyi barədə xəbərdarlıq etmişdi.

İctimai rəyin təzyiqi və azərbaycanlıların geniş etirazlarından sonra təhrif edilən adlar bərpa olunub.

Sosial media və ictimai rəyin əhəmiyyətini qeyd edən internet istifadəçiləri azərbaycanlıları oxşar məsələlərlə bağlı da fəal olmağa çağırıblar.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar